Son yenilənmə tarixi 25/10/2023 by Leyla Xanım
Ərzaqlar:
Keks üçün:
2 yumurta
7 x/q. şəkər tozu
1 çay st. süd
yarım çay st. duru yağ
1 çay qaşığı portağal qabığı (sürtgeçdən keçirilmiş)
1 su st. + 1xörək qaşığı un
1,5 x/q. kakao
yarım çay qaşığı qabartma tozu
yarım çay qaşığı soda
1 paket vanilya
Kremi üçün:
3 su st süd
4 x/q. şəkər tozu
2 x/q. nişasta
1 x/q.un
1 x/q. kakao
1 paket(80qr.) bitter şokolad
1 x/q. kərəyağı
1 paket vanilya
Hazırlanması:
Keksi hazırlamaq üçün yumurtanı şəkər tozu ilə çırpın.Ağaranadək çalın. Üzərinə ilıq südü,duru yağı və portakal qabığının sarı hissəsini (sürtkeçden keçirilmiş) əlavə edin. Ayrı bir qabda unu,qabartma tozunu, çay sodasını(karbonat),vanilya və kakaonu ələyin. ələdiyiniz bu unlu qarışımı yumurtalı sulu qarışıma əlavə edərək qarışdırın. Akışkan bir xəmir əldə edəcəksiniz.
Yapışmaz seramik tavanı(24 cm.lik) yağlayıb unlayın.
Xəmiri bu tavaya tökün. Qapağını örtün.
İndi isə ocağı hazırlayın.Ocağın üzərini iki qat folqa kağızı ilə qapatın. Tavanı bu folqa kağızının üzərinə qoyun. Ocağın ən böyük gözünə ən zəif atəşdə qoyulmalıdır. Mütləq vam odda bişməlidir. Yoxsa kekinizin altı yanar. 35 deqiqə bişməlidir. Amma ocaqdan ocağa istilik dəyişdiyi üçün 25 dəqiqədən sonra siz kontrol eləyin. Kibriti batıraraq bişib bişmədiyini yoxlaya bilərsiniz.
Bişmiş tortunuzu istərssəniz ağzına bir boşqab tutaraq ters çevirin. İstersənizdə yanlarını bir bıçaqla da yanlarını açaraq çıxarda bilərsiniz.
Keks bir az yumşadıqdan sonra ortadan iplə ya da bıçaqla ikiyə bölün.
Keks soyuyana qədər kremini hazırlayın.Krem üçün olan bütün ərzaqları bir qazana töküb qarışdıra-qarışdıra bişirin. Qatılaşıb bişən kremi 10-15 dəqiqə qarışdıraraq bir az ilıq hala gətirin.
Keksiniz yumşaqdısa islatmağınıza ehtiyac yoxdur.Kremlə də yumşalacaqdır. Keksiniz sərtdirsə bir stəkan südlə isladın. Üzərini istədiyiniz kimi bəzəyə bilərsiniz.NUŞ OLSUN.
QEYD: Duxovkası olmayanlar və duxovkası qırılanlar və ya rayon yerlərində olanlar üçün yazdım.Alternativ olsun istədim.(Mövsümə görə limon qabığı da istifadə edə bilərsiniz)
Twk resepcun
bayildim super ela coooooox guzel
beyedim ela twkll..errr
bagislayin yuxarda yazmisizki 1 su.st+1 x.q un bu ne demekdir unla 1 st suyu qarisdiriirq yoxsa ?
bir su stekanı un ve elave bir xörek qaşığı yene un elave edin demekdir.suya qatmırsınız qetiyyen.
adim lemandir