Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Tava Kababı Resepti, Tava Kababı Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Tava Kababı

Son yenilənmə tarixi 30/07/2023 by Leyla Xanım

tavakababi

reklam



Ərzaqlar:

4 kartof
4- pomidor
3 yaşıl bibər
Zövqə görə ədviyyat

Küftə üçün:
1 kq. çəkilmiş ət
1 st.qəlet unu (qurudulmuş çörək qırıntısı)
1 soğan
duz,istiot

Qızartmaq üçün:
duru yağ

Hazırlanması:

Küftələri hazırlamaq üçün qiymə, sürtgeçdən keçirilmiş soğan, çörək qırıntısı, duz istiot və zövqə görə istədiyiniz ədviyyatları qatıb yoğurun.Yaxşıca yoğurduğunuz ələ yapışmayan qiyməni barmaq şəklində hazırlayaraq qızdırılmış yağda qızardın.
Kartofları soyub yuyaraq uzunsov doğrayaraq qızğın yağda qızardın.
Bütöv olaraq yaşıl bibərləri və halqa şəklində doğranan pomidorları və zövqə görə ədviyyatı kartof və küftələrin qızardıldığı yağa töküb 2-3 dəqiqə qızardın.
Şəkildə gördüyünüz kimi kartof və küftələri boşqaba qoyub üzərinə də pomidorlu sousu da töküb süfrəyə verə bilərsiniz.NUŞ OLSUN.

QEYD: Evdə bayatlamış köhnə çörəkləri küfləndirib atmayın. Həm israf olmasın, həmdə evdə istədiyiniz zaman əlinizin altında hazır olsun.Çörək qırıntısının hazırlanması:Bayat çörəkləri xırda kubik şəklində doğrayıb ya sərərək yada duvovkada 3-4 dəqiqə qurudaraq mətbəx robotunda (yoxsa ət maşınında) çəkərək bankalara qoyub ağzını bağlayın. Reseptler.com da ağ təhlə şirniyyatı qəlet unu ilə hazırlanır. Qızartmalarda,börəklərdə istifadə edilir.

Rəna xanım – Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani