Son yenilənmə tarixi 26/10/2023 by Leyla Xanım
Ərzaqlar:
1 yumurta
1,5 su st.süd
2 x/q.un
250 qr.ispanaq
1 ədəd soğan
4 x/q. duru yağ
3 – 4 su st. su
duz. istiot
limonun 1/4 -inin suyu
Hazırlanması:
İspanaqları yuyub süzün.Doğrayın.
Qazana soğanı xırda xırda doğrayıb üzərinə yağı əlavə edərək qovurun.
Üzərinə ispanaqları əlavə edib qovurun.
İspanaqlar suyunu çəkdiyi zaman unu əlavə edib qovurun.
Südü və suyu əlavə edib qarışdırın.
Qaynadıqdan 5 dəqiqə sonra duzunu,istiotunu əlavə edin.
Ocaqdan almadan 2 dəqiqə əvvəl limon suyu ilə qarışdırılmış yumurta sarısını qarışdıra qarışdıra əlavə edin.
bir 2 – 3 dəqiqə qaynadıqdan sonra xörəyi ocaqdan alın.NUŞ OLSUN.
QEYD: Suyu ət suyu və ya toyuq suyu ilə də əvəz edə bilərsiniz.İstəsəniz blşdikdən sonra blenderdən də keçirə bilərsiniz.O zaman körpə uşaqlara da verə bilərsiniz.Zövqə görə holland pendiri ilə də servis edə bilərsiniz.
Rəna xanım
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!
butun aspazlara xeberdarliq-napalyon tortunun reseptini verin
Napalyon tortunu bura basaraq baxabilersiniz.