Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Şuba Salatı Resepti, Şuba Salatı Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Şuba Salatı

Son yenilənmə tarixi 19/10/2023 by Leyla Xanım

subasalati

reklam



Ərzaqlar:

3 ədəd kartof
2 ədəd yerkökü
2 ədəd yumurta
2 ədəd xiyar turşusu
3 ədəd çuğundur
1 s.st.çəkilmiş qoz
200qr. mayonez
duz,istiot

Hazırlanması:

Kartof, çuğundur, yerkökü və yumurtanı suda soyutma bişirin. Bişmə müddətinə görə əvvəlcə yumurtanı, sonra yerkökünü, sırasıyla kartofu, sonda da çuğunduru bişirib sudan çıxarın.
Soyutma bişən bütün bu ərzaqların qabıqlarını soyub sürtgəcdən keçirin və ayrı-ayrı qablara yığın.
Kartofun üzərinə duz, istiot vuraraq qarışdırıb salatı hazırladığınız qabın dibinə yayın.Üzərinə mayonezi yayın.
Sonra yerkökünü yayıb duz, istiot və mayonezi sürün.Bir az qoz ləpəsi səpələyin.
Çuğundur, duz istiot,mayonez və qozu əvvəlki layda hazırladığımız kimi hazırlayırıq.Tək fərqi kartofu, yerkökünü hamısını bir layda istifadə ediik.Amma çuğundurun yarısını saxlayırıq.
Xiyar turşusu və yumurtalı layları da bu şəkildə hazırlayın.
sonda qalan çuğunduru üzərinə yayın. Mayonezlə ətrafını, üstünü tort bəzəyən kimi mayonezləyin. Sonda üzərini qozla vəyaşılıqla bəzəyib soyuducuda 2-3 saat saxladıqdan sonra süfrəyə verə bilərsiniz. Nuş Olsun!
QEYD: Kartofu mütləq ən alt laya qoyun.Mayonezə qatıq və ya xama da qata bilərsiniz.Mayonezin dadını çox sevmiyənlər üçün mayonezə qatıq və ya xama da qata bilərsiniz.Zövqə görə bu salata 200 qram toyuğun döşətini də soyutma bişirib didərək bir lay şəklində qoya bilərsiniz.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

2 Yorum

  1. asiaminan dedi ki:

    bizim koyde balik la hazirliyorlar

  2. ayan558 dedi ki:

    suba salatina kesnis suyud ve ya yaxud balik vururlar

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani