Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Şokoladlı Yeni İl Tortu Resepti, Şokoladlı Yeni İl Tortu Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Şokoladlı Yeni İl Tortu

Son yenilənmə tarixi 21/12/2023 by Leyla Xanım

sokoladliyeniiltortu

reklam



Ərzaqlar:

3 yumurta
1,5 s. st.un
1 s. st.şəkər
1 ç.st.süd
1 x/q. yağ
1x/q. kakao
1 paket qabartma tozu

Kremi üçün:
2,5 s. st.süd
1ç.st.şəkər
3 x/q. un

Bəzəmək üçün:
1 paket krem şanti
1 s.st. süd(krem şanti üçün)
şokolad, 2 ədəd banan
şokolad sosu

Keksi islatmaq üçün:
1 su stəkanı suya 2 x/q. mürəbbə suyu qarışdırın.(Hazır meyvə sularındanda istifadə edə bilərsiniz.)


Hazırlanması:

Yumurta və şəkər mikserlə yaxşıca çırpılır. Sonra sırasıyla içinə qabartma tozu qarışdırılmış unu, kakaonu, südü və duru yağını əlavə edirik  və qarışdırırıq. Yağlanmış və ya yağlı kağız sərilmiş biskvit qabına boşaldırıq.180 vəya 200 dərəcədə (duxovkanızın neçə dərəcədə yaxşı bişirdiyini siz daha yaxşı bilirsiniz.) Üzəri qızardığında duxovkadan çıxardın.(İçinin yaxşı bişib bişmədiyini bir kibritle asanca öyrənə bilərsiniz kibrit quru çıxırsa deməkki biskvit bişmişdir.)təxminən 40 -45 dəqiqədə bişir.

Krem şantiyi 1 stəkan soyuq südlə qarışdıraraq mikserlə çalıb soyuducuya qoyun.

Arasına qoyacağımız  ağ  krem üçün bütün ərzaqları qarışdırıb ocaqda bişiririk.Qaynamaya başladığında ocaqdan alıb soyuması üçün başqa bir qaba boşaldırıq, üstü qaysaqlanmasın deyə ara sıra qarışdırırıq.Soyuduqdan sonra krem şantidən 3 x/q.alıb kremə əlavə edirik.Bişmiş keksi iplə yada iti bıçaqla 3 yerə bölürük.Boşqaba keksin alt hissəsini qoyaraq meyvəli su ilə isladırıq və kremləyirik.Üzərinə banan dilimləri və şokolad qırıqları(Bittər) tökürük.İkinci qatıda bu şəkildə hazırlayırıq və ən son qatı tersinə çevirərək  krem şanti ilə bəzəyib  hazırladığımız şokolad sosunu şəkildəki kimi tökürük. NUŞ OLSUN!

Rəna Xanım – Şokoladlı Yeni İl Tortu

QEYD: Şokolad sosu hazır satılır Üstündə yazıldığı kimi hazırlayın.Ama həm ekonomik olsun həmdə istədiyim zaman hazırlaya bilim deyirsinizsə bizim reseptlər.com.da  hazırlama qaydası vardır.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani