Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Şokoladlı Bananlı Keks Resepti, Şokoladlı Bananlı Keks Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Şokoladlı Bananlı Keks

Son yenilənmə tarixi 04/11/2023 by Leyla Xanım

sokoladlibananlikeks

reklam



Ərzaqlar:

1+3/4 stəkan (245 q) un
1/4 stəkan (30 q) kakao tozu
1 stəkan (250 q) şəkər tozu
1/4 çay qaşığı soda
1/4 çay qaşığı duz
Bir çimdik vanil tozu
3 yetişmiş banan
2 böyük yumurta
120q kərə yağı
(əridin və soyudun)
1/2 stəkan doğranmış qoz
1/2 stəkan doğranmiş plitka şokolad


Hazırlanması:

1. Sobanı 180˚C-dək qızdırın.

2.  23 X 13 X 8  santimetr ölçüləri olan keks formasının dibini və kənarlarını azacıq yağlayın.

3. Böyük bir qabda un, kakao tozu, şəkər tozu, baking powder (bax: qeyd), soda, duz və vanil tozunu qaşıqla qarışdırın.

4. Başqa qabda əzilmiş banan, yumurta və yağı qaşıqla qarışdırın. Sonra isə bananlı qarışığı unlu qarışığa əlavə edib qarışdırın. Əldə etdiyiniz kütlə nə çox qatı, nə də ki çox duru olmalıdır. Buna qoz və şokoladı da əlavə edib qaşıqla qarışdırın.

5. Alınan kütləni yağlanmış keks formasına tökün. Sobanın orta yerində 55-60 dəqiqə ərzində bişirin. Keksin hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ tortunuz hazırdır. Keks öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. İstəyən  keksin üzərinə şəkər nişastası səpə və yaxud da shokoladlı qlazur yaya bilər.

Azcookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. MELİKOVA AYSUN dedi ki:

    COX GOZEL YEMEKLER VAR BURDA

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani