Son yenilənmə tarixi 08/12/2023 by Leyla Xanım
Ərzaqlar:
1 s. st. süd
1 s. st.su
2 x/q. kakao
2 x/q.un
1 ç.st.şəkər
Zövqə görə ən son vanil əlavə edə bilərsiniz.
Hazırlanması:
Bütün bu ərzaqları bir qazana töküb yaxşıca qarışdıraraq ocağın üstünə qoyuruq. Qaynamaya başladıqdan 2-3 dəqiqə sonra ocağın üstündən alıb soyuması üçün başqa bir qaba boşaldırıq. Ara sıra qarışdıraraq üstünün qaysaqlanmasını əngəlləməlisən.Soyuduqdan sonra tort, keks və pudinqlərdə istədiyiniz kimi istifadə edə bilərsiniz.
Şokolad Sousu – Rəna Xanım
QEYD: Zövqə görə rənginin parlaq olması üçün içinə duru yağda əlavə edə bilərsiniz.Bu reseptdə ne şokolad nə yağ ,nə də marqarin istifadə edilmədi. Həm çox asan, həm də ucuz və ekonomik olur və istediyin zaman hazırlama şansın var.
Bu sousun hazırlamansının bir başqa yolu da var.
İran xamasını ocağın üstündə qazanda qarışdıra qarışdıra 3-4 dəqiqə bişirin və kənarda xırda xırda qırılmış bittər şokoladların üzərinə tökün.(200 qram xama 1 qutu şokolad) NUŞ OLSUN.
Cox sagolun.
superdi
salam mende sevdim indi edecem
BEN COK SEVDIM……..ELA BIR KEKS
gozel idi men hazirladim evde
Sabah üçün hazirlayacam
Süd olmadan hazirlamaq olar?