Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Sobada Bişmiş Alabalıq Resepti, Sobada Bişmiş Alabalıq Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Sobada Bişmiş Alabalıq

Son yenilənmə tarixi 09/12/2023 by Leyla Xanım

alabalik

reklam



Ərzaqlar:

Alabalıq – 1 ədəd
Limon – 5 dilim
Kərə yağı – 50 q
Göyərti (keşniş, tərxun) – ¼ hissə
Duru yağ
Duz, qırmızı istiot
Sous üçün:
Zeytun yağı – 2x.q.
Portağal şirəsi
Narşərab

Hazırlanması:

  1. Balığın içinə duz, istiot, ovulmuş göyərti və limon dilimləri qoyulur, hər iki tərəfinə kərə yağı çəkilib yağlanmış  listə yerləşdirilir.
  2. Balıq 180 dərəcəyədək qızdırılmış sobada, hər 5 dəqiqədən bir üzərinə duru yağ gəzdirilərək 25 dəqiqə bişirilir.
  3. Sousu hazırlamaq üçün: portağal şirəsi, zeytun yağı, narşərab qarışdırılır.
  4. Hazır olmuş balığın içliyi (limon dilimləri, göyərti) çıxarılır, balığın qabığı soyulur, üzərinə qırmızı istiot səpilir.
  5. Balıq süfrəyə sousla, kubvarı doğranılmış qarpız və tərxunla verilir.

Azcookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani