Son yenilənmə tarixi 13/08/2023 by Leyla Xanım
Ərzaqlar:
Biskvitlər
Şanti krem
Süd
1 stəkan pudra şəkər
2 yumurta
2 damcı limon suyu
Yarım paket yağ əridilir
Kakao
Hazırlanması:
Biskvitlər blenderdə üyüdülür, şanti krem südlə çalınır, üyüdülən biskvitlərlə qarışdırılır. Sonra 1 stəkan pudra şəkər 2 yumurta ilə çırpılır, 2 damcı limon suyu atılır, yarım paket yağ əridilir, isti-isti mikserlə çalınır. Sonra kakao tökülür. 1 qab götürülür, şanti ilə biskvit qarışığı ora yayılır, üstünə də çiy krem yaxılır. Soyuducuya qoyulur bərkiyənə qədər. Şarlot hazırdır. Nuş olsun!
Azcookbook
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!