Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Şah Plov Resepti Resepti, Şah Plov Resepti Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Şah Plov Resepti

Son yenilənmə tarixi 31/12/2023 by Leyla Xanım

Resept aşağıdadır.

 

 

 

 

 

 

 

 

 

 

 

reklam



Ərzaqlar:

500 qr. qoyun əti
800 qr. düyü
100 qr. kişmiş
100 qr. qaysı
100 qr. albuxara
3-4 orta boy soğan
300 qr. kərə yağı
5-6 ədəd iri lavaş
Yarım limon
Azərduz yodlu narın xörək duzu, istiot, zəfəran və ya sarıkök.


Hazırlanması:
  • İlk öncə düyünü qaynatmaq üçün qaynamağa su qoyuruq.Daha sonra quru meyvələri islağa qoyuruq.Düyünü də duzlu və limonlu suya yumuşalması üçün qoyuruq.
  • Əti quş başı doğrayıb vam ocaqda öz suyunu salıb qızarmağa başlayıncaya qədər qovururuq.
  • Başqa bir tavada doğradığımız soğanları qovurururq.Soğanlar qovrulduqdan sonra bura islatdığımız quru meyvələri və əti də əlavə edib bütün bunları biraz bir yerdə qovururuq.
  • Düyünü duzlu suda az bişirib süzürük.
  • Plovu bişirəcəyimiz qazanın dibini əridilmiş kərə yağı ilə yağlayırıq.Lavaşların da bir-bir hər iki üzünü yağlayıb qazanın dibinə və kənarlarına doğru düzürük.
  • Düyünün yarısını lavaşların üzərinə tökürük.Yağ və sarıkök ya da dəmlənmiş zəfəranın suyunu səpirik.
  • Hazırladığımız qaranın hamısını düyünün üzərinə töküb yayırıq.
  • Onun üzərinə qalan düyünü əlavə edib,yenə də yağ və ədviyyat səpirik.
  • Lavaşların kənarlara çıxan hissələrini düyünün üzərinə gətiririk.Bir ədəd lavaşı yenidən yağlayıb düyünün hər tərəfini örtəcək şəkildə yayırıq.
  • Qazanın ağzına ya dəmirdən qapaq qoyuruq,ya da aluminyum falqa ilə bağlayırıq.Sobaya qoyub 180 dərəcədə 1 saata qədər dəmləyirik.
  • Sobadan çıxartdıqda qazanın ağzına ya patnos,ya da bir tava tutub qazanı tərs çevirirk.
  • Budur Şah plovumuz hazırdı.İstədiyiniz kimi servis edə bilərsiniz. Nuş olsun!

Qadin.net


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

2 Yorum

  1. karalina dedi ki:

    YASASIN AZERBAYCANIN BACARIQLI XANIMLARI….. BAXANDA AGZIMIN SUYU AXIR AMA ,,ETMEK COX CETIN GELIRR VAR OLUNNNNNNN

  2. esnad dedi ki:

    men esnad xanim dunyalar gozeli sah plovun duzgun olan ressepine baxmaq isteyirem

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani