Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Sac Qovurma Resepti, Sac Qovurma Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Sac Qovurma

Son yenilənmə tarixi 31/10/2023 by Leyla Xanım

sacqovurma

reklam



Ərzaqlar:

500-600 qram quzu əti
2 xörək qaşığı kərə yağı
1 xörək qaşığı zeytun yağı (sous üçün)
2-3  incə doğranmış yaşıl bibər
1 qırmızı bibər
2 pomidor
2 baş quru soğan
2 dəstə yaşıl soğan
5-6 diş sarımsaq
2-3 dəfnə yarmağı
Kəklikotu, pul bibər, qara bibər
Duz


Hazırlanması:

Doğranmış soğanın suyunu çıxarın, içinə dəfnə yarmağı, kəklikotu və zeytun yağını əlavə edin. Quzu ətini xırda doğrayın, bu sousla qarışdırın, soyuducuda 5-6 saat saxlayın. Sacı isidin, içinə ətləri düzün və suyu çəkilənə qədər qovurun. Yağı da əlvə edəndən sonra doğranmış soğan qatın. Soğanlar qovrulandan sonra əvvəlcə doğranmış pomidor əlavə edin. Ən sonda pul və qara bibərləri qatın. Nuş Olsun!

Milli.Az


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani