Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Şəkərbura Resepti, Şəkərbura Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Şəkərbura

Son yenilənmə tarixi 13/12/2023 by Leyla Xanım

sekerbura

reklam



Ərzaqlar:

Un – 500 q
Kərə yağı – 150 q
Maya – 20 q
Yumurta – 1 ədəd
Süd – 200 q
Duz

İçlik üçün:
Fındıq və ya badam ləpəsi – 500 q
Şəkər tozu – 500 q
Hil – 5 ədəd
Vanil – 5 q


Hazırlanması:

1.     Xəmiri hazırlamaq üçün: Kərə yağı əridilir.
2.     Süd qızdırılır və ilıq halda kərə yağına əlavə edilir.
3.     Ələnmiş una yumurta, duz, süd-yağ qarışığı və maya əlavə edilib yumşaq xəmir yoğrulur.
4.     Xəmir isti yerdə 30 dəq. saxlanılır.
5.     İçliyi hazırlamaq üçün: fındıq qozçəkən maşından keçirilir, əzilmiş hil və şəkər tozu ilə qarışdırılır.
6.     Xəmir xırda kündələrə bölünür.
7.     Hər yayılmış kündəyə 10-15 q içlik qoyulub (içlik kündənin qıraqlarına dəyməməlidir) bükülür.
8.     Şəkərburalara naxış vurulub, listə yığılıb öncədən 180 dərəcəyədək qızdırılmış sobada 7-10 dəq. hazırlanır.

 

Azcookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

6 Yorum

  1. Sebnem dedi ki:

    Bes b sekerburalarin qiraqlari acilib axi.Menim oz reseptimde gornusu de dadi da ela olur.Tesekkurler.

  2. PİYALƏ dedi ki:

    teşekkür edirəm çox sağolun

  3. Sədaqət dedi ki:

    Bişirəcəm, xoşuma gəlcə sizə təşəkkür yazacam.

  4. aynur dedi ki:

    mende guzel aliniyo

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani