Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Rəngli Plov Resepti Resepti, Rəngli Plov Resepti Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Rəngli Plov Resepti

Son yenilənmə tarixi 20/11/2023 by Leyla Xanım

rengliplov

reklam



Ərzaqlar:

2 stəkan uzun düyü
1 stəkan kərə və ya zeytun yağı
1 ədəd kəsmə şəkər
1 pomidorun püresi
1 dəstə doğranmış dərəotu
1 dəstə doğranmış kərəviz
1 dəstə təzə nanə
1 stəkan suda bişmiş yaşıl paxla
1 stəkan suda bişmiş noxud
0,5 stəkan qaynanmış qarğıdalı
1 limonun suyu
1 xörək qaşığı quşüzümü
1 çay qahığı qara bibər
Duz


Hazırlanması:

Düyünü duzlu suda bişirib 40-45 dəqiqə saxlayandan sonra normal plov bişirin. Bişmiş plovu 3 bərabər hissəyə ayırın. İlk ayrılmış hissəni pomidor püresi ilə qarışdırın, ikinci hissəyə göyərtini əlavə edin, üçüncü hissəni paxla, qarğıdalı və noxudla qarışdırın.
Ortası dəlik kek qabını streç ilə örtəndən sonra yarımfabrikat plovu ayrı-ayrı qablara doldurun, üstünü streçlə qapayın, soyuducuda 30 dəqiqə saxlayın.Bundan sonra prlovu soyuducudan çıxarın, qabı boşqaba tərs çevirərək masaya qoyun. Plovun üstünü istədiyiniz kimi bəzəyə bilərsiniz. Nuş Olsun!

Milli.az


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani