Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Qozlu Novruz Paxlavası Resepti, Qozlu Novruz Paxlavası Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Qozlu Novruz Paxlavası

Son yenilənmə tarixi 30/12/2023 by Leyla Xanım

qozlunovruzpaxlavasi

reklam



Ərzaqlar:

Xəmiri üçün:
3 su st. un
1 su st. süd
150 qr. kərəyağı
3 ədəd yumurta
20 qr.maya
duz

İçi üçün:
500 qr.qoz ləpəsi
500 qr. şəkər tozu
vanil
2-3 ədəd əzilmiş hil

Xəmirlərin arasını yağlamaq üçün:
kərəyağı və ya duru yağ
Sonda üzərinə tökmək üçün 150 qr. kərəyağı

Sirop üçün:
1 su st.şəkər tozu
1 su st.su


Hazırlanması:

Xəmiri hazırlamaq üçün bir qaba unu ələyib duzunu üzərinə səpərək ortasını hovuz kimi açın.
Südü isidin, mayanı südün içərisində həll edin.Unun ortasına tökün.
Kərəyağını əridib onu da südün üzərinə tökün.
Yumurtanı bu sulu qarışımın üzərinə əlavə edin.(Qırdığınız yumurtanın birinin sarısını paxlavanın üzərinə sürmək üçün ayırın)
Ortasındakı sulu qarışımı qarışdıraraq yavaş yavaş kənarlardan unu da qataraq yumşaq bir xəmir yoğurun.
Xəmirin üstünü təmiz bir dəsmalla örtərək təxminən 1 saat isti bir yerə qoyun.
Qoz ləpəsini mətbəx robotunda vəya ətçəkən maşınında çəkərək içərisinə şəkər tozunu və ədviyyatını da əlavə edərək qarışdırın.
Hazırladığınız xəmirdən 9 və ya 11 kündə hazırlayın.
Kündənin ikisini digərlərindən böyük olsun,biri ən alt qatda,ikincisi isə ən son qat olacaq.
Yağlanmış listə və ya yağlı kağız sərilmiş listə qlın yuxalardan birini yayaraq sər.
Üzərinə əritdiyiniz yağı sürərək hazırladığınız içi səpin.
Bu şəkildə bütün kündələri unlayıb yayaraq, yağlayıb içi sərərək paxlavanızı hazırlayın.
Sonda böyük kündəni də yayaraq yağlamadan əlinizlə basdıraraq kənarları açıq qalmamaq şərtilə gözəlcə qapatın.
İstədiyiniz böyüklükdə romb şəklində kəsin.
Üzərinə zəfəranla qarışdırılmış yumurta sarısını fırça ilə sürün.
Kəsdiyiniz rombların üzərinə fındıq,qoz və ya badam ləpəsi qoyun.
Hazırladıqdan sonra təxminən yarım saat bir kənara qoyun.
Sonra duxovkaya qoyaraq 15-20 dəqiqə bişirin.
20 dəqiqədən sonra duxovkadan çıxararaq üzərinə ayrı bir qabda əritdiyin 150-200 qr. yağı kəsdiyiniz yerlərə gəzdirin.
Üzəri qızarır qızarmaz hazırladığınız siropu və ya balı üzərində gəzdirin.
Üzəri qızaran paxlavanı duxovkadan çıxarıb soyudun.
Paxlavanız hazırdır. NUŞ OLSUN.! NOVRUZ Bayramınız Mübarək olsun 🙂
Siropu hazırlamaq üçün ayrı bir qabda şəkər tozunu və suyu qarışdırıb bişirin.Qaynamağa başladıqdan 5 dəqiqə sonra içərisinə 2-3 damcı limon suyu sıxıb ocaqdan alın və soyudun.(soyuq istifadə edəcəksiniz)
QEYD: Yuxaları nişastayla yaydığınız zaman asan açılır. Yuxanız nə qədər incə olursa paxlavanız o qədər dadlı olacaq. Fındığı, badamı qabıqdan təmizləmək çətin olur ona görə qoz asan olduğu üçün onu hazırlamağınızı istədim( yeni bişirməyə başlayanlar üçün)) )
Yazı uzun olsada çox çətin deyil anlaşılsın deyə uzun uzun yazdım.İnşallah faydalı olur.

paxlavason


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

4 Yorum

  1. cavan dedi ki:

    napalion tortu axtariram

  2. elnure dedi ki:

    cox saqolun reseptiniz üçün

  3. Məlahət dedi ki:

    bende boyle yapiyorum

  4. Füruza dedi ki:

    Teşekkür edirem. Bu gün bişirecem Allah qoysa….?

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani