Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Qozlu Çuğundurlu Kələm Salatı Resepti, Qozlu Çuğundurlu Kələm Salatı Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Qozlu Çuğundurlu Kələm Salatı

Son yenilənmə tarixi 08/12/2023 by Leyla Xanım

qozlucugundurlukelemsalati

Hamıya salam. Uzun bir aradan sonra yenə reseptlər paylaşmağa davam edirik. 🙂

reklam



Ərzaqlar:

2 ədəd çuğundur
200 qr. kələm
100 qr. qoz
7-8 ədəd xiyar turşusu(və ya zövqə görə acı bibər)
200 qr. sarımsaqlı süzmə qatıq
yarım dəstə şüyüd
3 x/q. duru yağ
duz


Hazırlanması:

Kələmi nazik-nazik doğrayın.
Çuğunduru sürtgeçdən keçirin.
Tavaya yağı töküb çuğunduru və kələmi qovurun. Çox Öldürməyin:) Bir az diri qalsın. Ağızda bir az xırtdasın.
Duzunu töküb soyudun. İlıqlaşdığında üzərinə doğranmış turşunu, şüyüdün və qozun yarısını qatıb qarışdırın.
Sarımsaqlı qatığı da töküb qarışdırın.
Zövqə görə üzərini qalan şüyüd və qoz ilə bəzəyin. NUŞ OLSUN.

qozlucugundurlukelemsalati2


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani