Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Qovurma Plov Resepti, Qovurma Plov Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Qovurma Plov

Son yenilənmə tarixi 01/08/2023 by Leyla Xanım

qovurmaplov

reklam



Ərzaqlar:

Qovurması üçün:
500 qr. qoyun əti
2 ədəd soğan
100 qr. alça qurusu
duz
istiot
Plov üçün:
3 su st. düyü
3 litr su
duz
yağ

Hazırlanması:

Sümüksüz qoyun əti xırda tikələrə doğranır. Duz, istiot vurulur.Üzərinə çıxar çıxmaz su tökün, bişirin.Bişən ətin əgər suyu qalmışsa suyunu ayrı bir qaba boşaldın və ətin üstünə yağda qızardılmış soğan, suda yuyulmuş alça qurusu əlavə edərək hamısı birlikdə öz buğunda bişirilir.Ayırdığınız ət bulyonundan ətin qurumaması üçün az az tökün. Hazır olana qədər bişirin.
Düyüdən plov hazırlamaq üçün qazana suyu töküb qaynadın duzunu tökün.Qaynamağa başladığında yuyulub süzülmüş düyünü suya töküb qarışdırın.Düyü qaynadıqda kəfi alınır.Düyünün bişib bişmədiyini anlamaq üçün düyünü barmağınızın arasında əzirsən.Düyünün içi az da olsa əzilirsə düyü süzülür.Düyü həlimlidirsə üzərinə qaynar su gəzdirilir.
Qazmaq hazırlamaq üçün:
1 yumurta,un,50 qr.yağ, 2x/q.xama və ya qatıq, duz ilə xəmir yoğrulur, yayılır,qazanın dibindəki dağ olmuş yağın içinə salınır.Yuxa özünü tutduğunda üzərinə süzülmüş plov tökülərək üzərinə təmiz dəsmal qoyub dəmə qoyulur.Düyü yarım dəm aldıqda qazanın ağzı açılıb düyünün üzərinə tavada əridilmiş, sarıkök əlavə edilmiş yağ tökülür, vam xodda yenidən dəmə qoyulur.Plov təxminən 1 saat dəm alır.Dəm almış plovu ocaqdan aldığın zaman yenə yağının az olub olmadığına baxın.
Süfrəyə verilən zaman buluda plov çəkilir, yanına qazmaq qoyulur.Üzərini bişirdiyiniz qazmaqla bəzəyin.Ayrı bir qabda plovun yanında da verə bilərsiniz.NUŞ OLSUN.

QEYD: Plovun dənə dənə olması üçün 2-3 saat əvvəlcədən düyünü duzlu suda saxlayın.Təmiz yuyun nişastası yuyulsun. Duzlu, bol suda bişirilir. Zövqə görə içinə ərik qurusu xurma da qoya bilərsiniz.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani