Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Qiyməli Peraşki Resepti, Qiyməli Peraşki Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Qiyməli Peraşki

Son yenilənmə tarixi 06/12/2023 by Leyla Xanım

qiymeliperaski

reklam



Ərzaqlar:

Xəmiri üçün:
1 kq un
600 qr. qatıq
1 ç./q.soda
2 ç./q. duz
2 yumurta

İçi üçün:
300 qr. qiymə
1 ədəd soğan
duz, istiot
zövqə görə  göyərti

Qiyməli için hazırlanması:
Soğanı xırda xırda doğrayıb yağda 2 dəqiqə qovur.Üzərinə  qiyməni töküb qarışdıraraq qovur. Suyunu  çəkənə qədər qovurun. (soğanı sevməyənlər üçün  soğanı qiymənin içinə də  çəkib  qarışdıra bilərsiniz.)Sonda göyərti də əlavə edə bilərsiniz.


Hazırlanması:

Xəmiri hazırlamaq üçün qatıqla sodanı qarışdırıb bir az çalın.Üzərinə  yumurtanı, duzu  və unu əlavə edərək yoğurun.Xəmirdən  xırda   kündələr düzəldib  (un  səpərək) yayın.İçinə hazırladığınız  içdən  qoyub  duru yağda qızardın.Qızarmış peraşkilərin yağının süzülməsi üçün  əvvəlcə kağız salfetkanın üzərinə sonra da boşqaba düzün. NUŞ OLSUN!

QEYD: Bu  resepti həm kartoflu həm də qiyməli hazırlaya bilərsiniz.Eyni zamanda  peraşkinin kündəsini həm yayaraq(qutab kimi) həm də yuvarlaq hazırlaya bilərsiniz. Bu xəmiri sadəcə duz. su  və maya  (droj) ilə də  yoğurub hazırlaya bilərsiniz.
Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. guncicek dedi ki:

    qiymeli olan her weyi xoslayiram.bunu da hazirlayacam mutleq.twk.

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani