Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Qiyməli Makaron Resepti, Qiyməli Makaron Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Qiyməli Makaron

Son yenilənmə tarixi 28/07/2023 by Leyla Xanım

qiymelimakaron

ərzaqlar və hazırlanması aşağıda yer alır. Nuş olsun)

reklam



Ərzaqlar:

500 qram makaron.
300 qram yağsız dana qiyməsi.
1 ədəd orta böyüklükdə soğan.
1 ədəd pomidor.
3 ədəd yaşıl bibər.
1 çay qaşığı tamat.
1 çay qaşığı bibər tamatı.
50 qram yağ.
Duz.
İstiot.
Qırmızı bibər.


Hazırlanması:

Əvvəlcə qazana bir az su töküb qaynadın. Daha sonra həmin suya 1 xörək qaşığı yağ və duz əlavə edərək makaronları töküb, 15 dəqiqə qaynadın. 15 dəqiqədən sonra makaronların birini götürüb qaynayıb qaynamadığına baxın. Qaynayıbsa, aşsüzənə tökün və üstünə soyuq su əlavə edin. O da süzüldükdən sonra boşqaba 1 xörək qaşığı ərimiş yağ əlavə edib makaronları da töküb qarışdırın.
Kənarda soğanı nazik-nazik doğrayıb tavada yağda qızardın, üzərinə pomidor və bibər tamatını əlavə edin. Daha sonra qabığı soyulmuş xırda doğranmış pomidoru əlavə edərək qovurun. Sonra qiyməni əlavə edin. Qiyməni yaxşı qovurduqdan sonra duz, istiot və qırmızı pul bibər əlavə edin. Hazır olana yaxın yaşıl bibəri xırda doğrayaraq tökün. Qiyməni makaronuun üstünə töküb süfrəyə verə bilərsiniz. Nuş olsun!


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani