Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Qabaq Küftəsi (Mücvər) Resepti, Qabaq Küftəsi (Mücvər) Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Qabaq Küftəsi (Mücvər)

Son yenilənmə tarixi 30/07/2023 by Leyla Xanım

qabaqkuftesi

reklam



Ərzaqlar:

3-4 ədəd kabaq
5 x/q. un
1 yumurta
1 ədəd quru soğan
2 diş sarımsaq
duz,istiot.quru nanə
şüyüd,cəfəri
Zövqə görə 1 yerkökü də əlavə edə bilərsiniz.

Hazırlanması:

Kabaq,(yerkökü)soğan və sarımsağı sürtgəcdən keçirin.Sulu olarsa əlinizdə bir az suyunu sıxıb süzün.İçinə xırda xırda doğradığınız şüyüd və cəfərini əlavə edin.Duzu, istiotu,nanəni,yumurtanı və unu qarışımın içinə əlavə edin.
Hazırladığınız bu qarışımı tavada qızdırdığınız isti yağın içərisinə qaşıqla qoyaraq köftə şəklini verin.
Hər iki tərəfini qızardaraq köftələri servis boşqabına düzün. Yağlı olmasını istəmirsinizsə əvvəlcə kağız dəsmalın üzərinə düzün, yağı süzülsün. NUŞ OLSUN!
QEYD: Mücvərin başqa tərəvəzlərlə hazırlanması reseptini yenə reseptlər.com da tapa bilərsiniz.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani