Son yenilənmə tarixi 01/10/2023 by Leyla Xanım
Ərzaqlar:
1,5 st. un
2 yumurta
1 st. xama
Yarım banka qatılaşdırılmış süd
1/2 ç.q. soda
1 st. şəkər tozu
3 ç.q. kakao
Krem üçün:
100 q kərə yağı
Yarım banka qatılaşdırılmış süd
2 ç.q. kakao
Qlazur üçün:
3-4 x.q. xama
3-4 x.q. şəkər tozu
1 ç.q. kakao
Hazırlanması:
Yumurtanın ağını sarısından ayırın. Xamanın içinə soda əlavə edin. Yumurtanın ağını şəkər tozu ilə çalın. Sonra xamanı, yumurta sarısını, kakao və unu əlavə edib yaxşıca qarışdırın.
Siniyə perqament döşəyib onu bitki yağı ilə yağlayın. Xəmiri siniyə töküb soyuq sobaya qoyun. Sonra 180 dərəcə isti ayarlayıb biskviti 30 dəqiqə bişirin.
Hazır biskviti eninə 3-4 yerə bölün.
Krem üçün kərə yağı, qatılaşdırılmış süd və kakaonu mikserlə çalın. Hər korjun üstünə krem çəkərək üst-üstə qoyun.
Qlazur üçün nəzərdə tutulan ərzağı qarışdırıb zəif odda daim qarışdıraraq 5 dəqiqə bişirin. Tortun üzərinə şokoladlı qlazur çəkin. Hazırdır. Nuş Olsun!
Milli.az
hele biwirmemiwem,ama bugun hazirlamaq istiyirem,nece oldugunu sonra diyerem,ama sekilde cox gozel ve dadli gorunur,hemde erzaqlarda asandi)))))))
yaxsi tortdu tovsiye edirem
Men biwirdim, ama wekildeki kimi hundur olmadi, burda yazilib enine 3-4 yere bolun, 2 yumurta ile 3-4 yere bolecek qeder qalxmir axi, nazik bir shey alindi, nece yazilmishdi deqiqe saniyesine qeder, olculserini de eyni eledim, mence gerek yazilan reseptlerin miqdarindan 2 – 3 defe artirasan ki 3-4 yere bole bilesen, neise mende alinmadi
Yumurtanın ağını tam ağarana(köpük kimi) qədər çalmalısınız. Digər ərzaqları da ayrı çalıb sonra buna qarışdırmalısınız. Bir de sobaya qoyduqdan sonra bişənə qədər qapağı açılmamalıdır, yoxşa yapışır.
men fikirlesirem ki bu tort dadli olacaq cunki ele gorsenir
Krem ucun kere yagi yoxsa marqarin yagi tokulmelidi,xahis edirem cavab verin
Sevinc xanım,
Her ikisi de olar zövqe göre.
Cox sag olun cavab verdiyiniz ucun,Allah razi olsun
cox gozel ve dadli ldu biwirmisemmm..SAGOLUN
Cox gozel tortu .Superdi
Unu qarisiqlari bir biri ile qariwdirdiqdan sonra en axirda qatmaq lazimdir?
Bəli.