Son yenilənmə tarixi 06/09/2023 by Leyla Xanım
Ərzaqlar:
3 yumurta
300 qr. şəkər tozu
100 qr. süd
100qr. portağal suyu
3 su st. un
2 portağalın sürtgəcdən keçirilmiş qabığı
80 qr. duru yağ
1 paket qabartma tozu
Hazırlanması:
Yumurta, şəkər tozu ağaranadək çalın. Üzərinə südü, portağal suyunu, duru yağı əlavə edib qarışdırın.
Sonda qabartma tozu qatılmış unu əlavə edib bir neçə dəqiqə qarışdırın.
Portağal qabıqlarını da əlavə edərək yağlanmış qaba töküb 5 dəqiqə əvvəl qızdırılmış duxovkada 180 dərəcədə təxminən 30 dəqiqə üzəri qızarana qədər bişirin.NUŞ OLSUN.
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!
beyendim
guzeldi
coooooooxx gozel idi yidim birinide yiyecem insallah