Son yenilənmə tarixi 20/09/2023 by Leyla Xanım
Ərzaqlar:
Keks üçün:
2 yumurta
0,5 s. st. şəkər
0,5 s. st. duru yağ
0,5 s. st. süd
1 s. st. un
1 paket qabartma tozu
1 paket vanilya
2 x/q. kakao
Keksi islatmaq üçün:
1,5 s. st. süd
2 x/q. kakao
Krema üçün:
3 s. st. süd
2 qəhvə fincanı şəkər
2 qəhvə fincanı un
200 qr. xama(İran xaması)
Üzəri üçün: NEFİsyemek tarif piyano kek tarifi
kakao
Hazırlanması:
Keksi hazırlamaq üçün yumurta və şəkəri mikserlə çalın.Digər ərzaqları da əlavə edib keks xəmirini hazırlayın.Yağlanmış keks qabına töküb 175 dərəcədə 20 – 25 dəqiqə bişirin.
Keks bişərkən kremi hazırlayın.Süd, şəkər və unu qazana töküb qarışdıra qarışdıra bişirin.Qaynamaya başladıqda ocaqdan alıb soyuması üçün kənara qoyun.
Bişmiş keksin üzərinə süd və kakao qarışımını töküb isladın.
Bir az soyuyan kremin içinə xamanı qatıb mikserlə qarışdırın və bu kremi keksin üzərinə töküb yayın.
Keksin ən üstünü kakao ilə qapadın.(Şəkildəki kimi)
Soyuduqdan sonra soyuducuya qoyun.1 gecə soyuducuda saxlayın.NUŞ OLSUN.
QEYD:Səbriniz yoxsa 3 -4 saatdan sonra yeyə bilərsiniz.:)
Reseptler.com
Supeeeer
Ne gozel,ne ela,cox dadli gorunur.hazirlayacam.:-)
men hazirladim evde her kes cox beyendi
Elaaaa
cox gozel