Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Pendirli Simit (Türk Simidi) Resepti, Pendirli Simit (Türk Simidi) Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Pendirli Simit (Türk Simidi)

Son yenilənmə tarixi 23/12/2023 by Leyla Xanım

pendirlisimit

reklam



Ərzaqlar:

Xəmiri üçün:
200 qr.süd
100 qr. ilıq su
1 yumurta
1 x/q.şəkər tozu
2 x/q. duru yağ
50 qr. maya
1 ç/q.duz
4,5 su st. ə’la növ un

İç xərci üçün:
150-200 qr.holland pendiri
Zövqə görə 150 qr.sosiska, kolbasa

Üzəri üçün:
2 x/q. bəhməz
200 qr. su
Küncüt


Hazırlanması:

Mayanı dərin bir qaba alın.
Üzərinə ilıq suyu və südü əlavə edərək mayanı əridin.
Şəkər tozunu, duru yağı, duzu, yumurtanı və unu sırayla tökərək xəmiri yöğurun.
Xəmirin acıması üçün üzərini təmiz bir dəsmalla örtüb 1 saat dinləndirin.
Holland pendirini sürtgeçdən keçirin.(sosiska və ya kolbasada qoymaq istəsəniz onu da xırda xırda doğrayaraq pendirə qata bilərsiniz)
Xəmirdən bir mandalin böyüklüyündə alıb əlinizlə basıraraq açın.(istərsəniz unlanmış bir yerdə də aça bilərsiniz)
Açdığınız yuvarlaq yuxaların içinə hazırladığınız pendirdən qoyub ağzını birləşdirərək yuvarlaq şəkil verin.
Bütün xəmirləri bu şəkildə hazırlayın.
İki xörək qaşığı bəhməzi bir stəkan suyla qarışdırın.
Hazırladığınız simitləri əvvəlcə bu sulu qarışıma sonra da bir qaba tökdüyünüz qovrulmuş küncütə bulayın.
Bu simitləri yağlı kağız sərilmiş duxovka listinə düzün.
Listdə təxminən yarım saat dinlənsin.
180 dərəcədə üzəri qızarana qədər bişirin.Nuş olsun.
QEYD: simitlərin böyüklüyünü siz istədiyiniz böyüklükdə hazırlaya bilərsiniz.Şəklini də istədiyiniz kimi hazırlaya bilərsiniz.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani