Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Pendirli Milföy Börəyi Resepti, Pendirli Milföy Börəyi Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Pendirli Milföy Börəyi

Son yenilənmə tarixi 02/01/2024 by Leyla Xanım

pendirlimilfoyboreyi

reklam



Ərzaqlar:

Hazır yağlı xəmir (milföy)
İç xərci üçün:
300-400 qr. pendir
1 dəstə cəfəri
Üzəri üçün:
1yumurta sarısı
küncüt və ya çörəkotu  (istəyə görə)


Hazırlanması:

Hazır yağlı xəmiri soyuducudan çıxardıb kənara qoyuruq ki yumşalsın.
Xəmir yumşalana qədər biz də içi hazırlayaq.İstədiyiniz pendiri istifadə edə bilərsiniz.Ağ (brınza)pendiri çəngəllə əzib üzərinə yuyub doğradığınız cəfərini qarışdırın.
Yumşalan yağlı xəmirinizi oxlovla olduğu şəkildə (düzbucaq) sadəcə bir az incəldin.Xəmirin bir küncünə hazırladığınız pendirli qarışımdan qoyun və xəmirin digər küncünü üzərinə örtərək üçbucaq şəklində hazırlayın.
Bu şəkildə bütün xəmirləri hazırlayıb yağlı kağız sərilmiş listə düzün.Üzərinə bir fırça ilə yumurta sarısını çəkib küncüt və ya çörəkotu ilə bəzəyin. NUŞ OLSUN.
QEYD: Bu börəyi kəsmiklə, holland pendiri ilə də hazırlaya bilərsiniz.Cəfərinin yerinə ispanaq,şüyüd, göy soğan da istifadə edə bilərsiniz.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani