Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Pendirli-Kəsmikli Piroq Resepti, Pendirli-Kəsmikli Piroq Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Pendirli-Kəsmikli Piroq

Son yenilənmə tarixi 31/07/2023 by Leyla Xanım

pendirlikesmiklipiroq
Resept aşağıda yer alır.

reklam



Ərzaqlar:

2 ədəd yumurta
100 qr kərə yağı
1 ç.qaşığı duz
1 ç. qaşığı qabartma tozu
250qr un

İçlik üçün:
200 qr kəsmik
200 qr pendir
2 ədəd yumurta
2-3 diş sarımsaq
Azca duz
Zövqə görə göyərti


Hazırlanması:

Göyərtini yuyub, təmizləyirik, xırda-xırda doğrayırıq.
Pendiri sürtkəcdən keçiririk.Pendirlə yumurtanı birlikdə yaxşıca qarışdırırıq.
Sonra kəsmiyi əlavə edib hamısını birlikdə qarışdırırıq.
Sarımsağı xususi sarımsaq əzənlə əzib, onun üzərinə əlavə edirik,göyərtini də əlavə edib qarışdırırıq,Əgər pendir duzludursa, o zaman duzunu az vurun.
Yağı və yumurtanı bir qabda qarışdırırıq,sonra unu,duzu,qabartma tozunu əlavə edib xəmir yoğururuq.
Bişirəcəyimiz qabı yağlayırıq,xəmiri qabın içinə yayırıq.Qabın qıraqlarını da yağlayın ki,bişəndən sonra qabdan çıxartmaq asan olsun.
İçliyi xəmirin üzərinə əlavə edib,hamarlayırıq.180 dərəcə isidilmiş sobada 40-45 dəqiqə bişirirk. Nuş olsun!

Qadin.net


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani