Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Pendirli Çörək Resepti, Pendirli Çörək Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Pendirli Çörək

Son yenilənmə tarixi 06/12/2023 by Leyla Xanım

pendirlicorek

Reseptler.com – Rəna xanım

reklam



Ərzaqlar:

Xəmiri üçün:
125 qram kərəyağı
500 qram un
1 çay stəkanı qatıq
1 paket qabartma tozu
duz

İçi üçün:
250-300 qram ağ pendir
1 yumurta
1 dəstə cəfəri və ya şüyüd
1,5- vəya 2 xörək qaşığı un
100 -120 qram süd


Hazırlanması:

Çörəyi bişirdiyimiz qabı əvvəlcə yağlayıb soyuducunun buzluğuna qoyun. Unu, qabartma tozunu bir qaba alıb üzərinə otaq temperaturundakı kərəyağını, qatığı və duzu əlavə edib xəmir yoğurun. Hazırladığınız xəmiri streç folyoya sarıyıb (streç folyo yoxdusa normal bir pinqvin setkasına da qoya bilərsiniz) soyuducuda 30-40 dəqiqə saxlayın.

İçi hazırlamaq üçün pendiri, xırda xırda doğranmış göyərtiləri, yumurtanı, un və südü yaxşıca qarışdırın.
Soyuducunun buzluğundan çıxartdığınız yağlanmış boş qabın içinə xəmiri yaxşıca yayın. Xəmirin üzərində çəngəllə deşiklər açın. Üzərinə hazırladığınız içi tökün. Qızarana qədər bişirin. NUŞ OLSUN.
QEYD: Artıq qalanı soyuducunun buzluğuna qoyub sonra təkrar qızdırıb yeyə bilərsiniz. Dadı yenə də gözəl olur.

pendirlicorek2


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani