Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Paytaxt Salatı Resepti, Paytaxt Salatı Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Paytaxt Salatı

Son yenilənmə tarixi 09/01/2024 by Leyla Xanım

paytaxtsalati

reklam



Ərzaqlar:

Kartof-6 əd,
yerkökü-2 əd,
yumurta-6 əd,
duzlu xiyar-5 əd,
mal əti-400 q (əzələ hissəsi və yaxud bir toyuğun döş və bud əti),
göy noxud-1 banka,
şüyüd-100 q,
göy soğan-200 q,
cəfəri-100 q,
mayonez-1 banka (
xama-1 banka


Hazırlanması:

Kartof, yerkökü, mal əti və yumurta bişirilir. Kartof və yerkökünün qabığı təmizlənir. Yumurta soyulub ağı və sarısı kəsilib ayrılır. Kartof, yerkökü, mal əti və yumurtanın ağı xırda-xırda doğranır, yumurtanın sarısı isə iki əl arasında ovulur.duzlu xiyar xırda-xırda doğranıb süzgəcə yığılır ki, duzlu suyu çıxsın. Əks halda salat su salar. Cəfəri, şüyüd və göy soğan xırda doğranır, göy noxudun da suyu süzülür və bütün ərzaq birlikdə qarışdırılır, zövqə görə duz və istiot vurulur. Mayonez və ya xamaya Final bitki yağı əlavə edilir, qarışdırılır və salatı süfrəyə verən zaman ona qatılıb qarışdırılır. Salat qabına təpəcik şəklində yığılmış salatın üstünə bir qaşıq xama yaxud mayonez tökülüb biraz yumurta sarısı ovuntusu səpilir. Fiqurlu kəsilmiş turp və bişmiş yerkökü ilə də bəzəmək olar.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

2 Yorum

  1. Ismayil dedi ki:

    Super hamiya meslehet gorurem

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani