Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Noxudlu Qatıqlı Soyuq Şorba Resepti, Noxudlu Qatıqlı Soyuq Şorba Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Noxudlu Qatıqlı Soyuq Şorba

Son yenilənmə tarixi 05/10/2023 by Leyla Xanım

noxudluqatiqlisorba

reklam



Ərzaqlar:

1 stəkan bişmiş noxud
1 stəkan qatıq
1 yumurta
2x/q. un
4 stəkan su

Üzəri üçün:
1 x/q. kərəyağı
1 ç/q.nanə qurusu
1 ç/q. qırmızı toz bibər
duz


Hazırlanması:

Qazana qatıq,un və yumurtanı töküb qarışdırın.
Üzərinə suyu və bişmiş noxudu töküb vam xodda qarışdıraraq qatılaşana qədər bişirin.
Tavada zövqə görə kərəyağını əridib içinə qırmızı toz bibəri tökün.
Süfrəyə verdiyiniz zaman üzərinə sousunu töküb quru nanə ilə servis edə bilərsiniz.

QEYD: Bu şorbanı soyuq yemək istəsəniz yağı kərəyağ deyil duru yağ istifadə edə bilərsiniz(donmaması üçün)
Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani