Son yenilənmə tarixi 02/12/2023 by Leyla Xanım
Ərzaqlar:
Xəmiri üçün:
1 kq.un
200 qr. smetan
250 qr. kərəyağı
2 yumurta
1 ç.st. süd
20 qr. yaşmaya və ya yarım ç.q.quru maya
içi üçün:
500 qr.qabığı təmizlənmiş qovrulmuş fındıq
400 qr. şəkər tozu
(Zövqə görə 500qr)
hil və ya vanilya
Hazırlanması:
Mayanı ilıq süddə əridin.
Qabda ələnmiş unun ortasına tökün.
Kərəyağını əridib üzərinə tökərək, yumurtanı və smetanı da qataraq xəmiri yoğurun.
Burda ən vacib nöqtə xəmiri yoğurub bitirdikdən sonra hazırlamaya başlayın.
Qozdan bir az böyük kündələr alıb oxlovla yayın.(çay nəlbəkisi boyda təxminən)
Şəkildə gördüyünüz kimi ovcunuzun içinə alıb 2 çay qaşığı qədər iç qoyub kənarlarını aşağıdan yuxarıya və ya yuxarıdan aşağıya burma şəklində bükün.
Üzərinə (hər yerdə satılır)şəkərbura maqqaşı ilə naxış vurulur(istədiyin naxış ola bilər)
150-160 dərəcədə 10-12 dəqiqə bişirilir.(Diqqətli olun üzəri qızarmasın,sadəcə qurumalıdır)NUŞ OLSUN.
QEYD: İçin hazırlanması üçün fındıq tavada qovrulur, qabığı təmizlənir.Mətbəx robotunda (ətçəkən maşından) çəkilir,içərisinə şəkər tozu və əzilmiş hil, vanilya qarışdırılır.Bükdüyünüzdə iç xəmirin uclarına dəyməməlidir ki bükmək çətin olmasın.
Sərin yerdə saxlayın və hazırlayın,çünki isti yerdə xəmir acıyır və üzərindəki şəkil pozulur.Şəkil verdikdən sonra sərin yerə qoyun ki,naxışlar qurusun.
Salam, bayramınız mübarək olsun. Xahiş edirəm türk şəkərburasının reseptini yazın.
guzel
cox gozel gorunusu var