Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Nektarinli Tort Resepti, Nektarinli Tort Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Nektarinli Tort

Son yenilənmə tarixi 04/01/2024 by Leyla Xanım

Nektarinli Tort

reklam



Ərzaqlar:

Şəkərli xəmir üçün:
Un – 600 q
Kərə yağı – 400 q
Şəkər kirşanı – 200 q
Yumurta – 1 ədəd
Duz – bir çimdik
İçlik üçün:
Un – 60 q
Kərə yağı – 20 q (əridilmiş)
Nektarin (tüksüz şaftalı) – 2 ədəd
Martsipan – 120 q
Şəkər kirşanı – 160 q
Yumurtanın ağı – 7 ədəd

Hazırlanması:

Şəkərli xəmiri hazırlamaq üçün: 
1.     Otaq temperaturunda yumşaldılmış kərə yağı və şəkər kirşanı mikserlə ağaranacan çalınır.
2.     Çalınmış kütlənin üzərinə yumurta əlavə edilir və yenidən mikserlə çalınır.
3.     Qarışığa un və duz əlavə olunaraq əl ilə xəmir yoğrulur və 10 dəq. soyuducuda saxlanılır.

İçliyi hazırlamaq üçün:
4.     Martsipan və şəkər kirşanı mikserlə çalınır.
5.     Kütlənin üzərinə yumurta ağı az-az əlavə edilərək yenidən mikserlə çalınır.
6.     Kərə yağı əridilir və ilıq halda qarışığın üzərinə əlavə olunub bir də mikserlə çalınır.
7.     Alınan kütlənin üzərinə un əlavə edilir və taxta qaşıqla qarışdırılır.
8.     Şaftalının qabığı soyulmadan dilimlərə bölünür.
9.     Yağlanmış, unlanmış formaya xəmir yayılır, üzərinə içlik qoyulur, şaftalı dilimləri üzü yuxarı düzülüb qabaqcadan 180 dərəcəyədək qızdırılmış sobada 35 dəq. bişirilir.

 

a. Martsipan bütün super marketlərdə satılır.
b. Un öncədən ələnir.

Azcookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. Gulu dedi ki:

    zehmet olmasa qeyd ederdiniz sheker kirshani ne demekdir?

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani