Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Mimoza Salatı Resepti, Mimoza Salatı Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Mimoza Salatı

Son yenilənmə tarixi 28/12/2023 by Leyla Xanım

mimozasalati

reklam



Ərzaqlar:

450 qram toyuğun döş əti
1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
1/2 stəkan xırda doğranmış qoz ləpəsi
3 ədəd orta boy kartof
2 ədəd yumurta
3 ədəd orta boy yerkökü
zövqə görə duz
6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar) + 6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)
rəndələnmiş Holland pendiri


Hazırlanması:

Qeyd 1: Əgər mayoneziniz duzludursa, layların arasına səpdiyiniz duzun miqdarını azaldın ki, salat çox duzlu olmasın.

Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya əlinizlə didin.

Karktof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun.

Hazırladığınız ərzaqları aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzün.

  1. toyuq ətinin yarısı
  2. xama-mayonez qarışığı
  3. qozun yarısı
  4. kartofun yarısı
  5. duz
  6. xama-mayonez qarışığı
  7. yumurtaların yarısı
  8. duz
  9. yerkökünün yarısı
  10. xama-mayonez qarışığı

Layları eyni şəkildə davam edin. Ən üstdə yerkökü olmalıdır.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

5 Yorum

  1. Sebnem dedi ki:

    COX DADLIDIR.MEN DE HERDEN HAZIRLAYIRAM.ELLERINIZE SAGLIK COX GOZEL GORUNUS VERMISINIZ

  2. hecne dedi ki:

    yaxsi yemekti eladi aile uzvlerinin cox xosuna getdi

  3. hecne dedi ki:

    yaxsi yemekti eladi aile uzvlerinin cox xosuna getdi

  4. ulviyye dedi ki:

    tewekkur edirem ama mumkunse reseptlerinizin sayini artirasiz

  5. Tanya dedi ki:

    Pis deyil. Yaxşıdı. Üstdə toyuq əti ilə qoz olsa daha dadlı olar.

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani