Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Meyvəli Dondurma Resepti, Meyvəli Dondurma Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Meyvəli Dondurma

Son yenilənmə tarixi 30/10/2023 by Leyla Xanım

meyvelidondurma

reklam



Ərzaqlar:

100 qram istənilən meyvə (kompotdan çıxarılmış da olar),
vanilin,
250 qram süd,
yarım çay qaşığı nişasta,
1 ymurtanın sarısı,
1 çay qaşığı şəkər,
50 qram portağal şirəsi,
3 xörək qaşığı limon şirəsi,
1 xörək qaşığı püstə


Hazırlanması:

Çəyirdəksiz meyvələr blenderdə xırdalanır. Sonra meyvə püresinin üzərinə süd əlavə edilərək, qaynadılır. Nişasta 1 xörək qaşığı suda həll edilərək, isti-isti meyvəli südlü qarışığın içərisinə əlavə olunur və qaynadılır. Qarışıq otaq temperaturuna qədər soyudulur. Yumurta sarısı şəkərlə çalınır, sonra südlü qarışıq apelsin və limon şirəs ilə birgə onun üzərinə əlavə olunur. Alınan kütlə paslanmayan formalara tökülərək, soyuducuya qoyulur. O, 5 saat buzxanada saxlanılır və mütəmadi olaraq qarışdırılır. Hazır dondurmanı püstə ilə bəzəmək, təzə meyvə və yaxud mürəbbə ilə yemək olar.

Qeyd: Bu resept fərqli bir mənbədən alınıb. Reseptin şəkli təmsilidir. Hazırlanan resept şəkildəkindən fərqli olabilər.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

7 Yorum

  1. zulya dedi ki:

    domdurmani hazirladim cox yaxsi alindi

  2. aylin dedi ki:

    denemedim amma cok fazla sey gerekiyor bu dondurmaya ama yemisdim ben bundan lezzetliymis

  3. ulker dedi ki:

    yay gelende edecem cox saqolun

  4. nermin dedi ki:

    cok sevdim burayi:)))))))))

  5. By_Şerlok dedi ki:

    basqa bir resept de var.Cox gozel alinir…1sutas qaymagi (marketlerde olur) 3 yumurtanin agi ve 0.5 stekan seker tozu.qarisdirin sonra icerisine istediyiniz meyveni ve ya siresini tokun.qoyun marazilkaya qalsin donanda cixarin super alinir

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani