Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Maş Salatı Resepti, Maş Salatı Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Maş Salatı

Son yenilənmə tarixi 13/08/2023 by Leyla Xanım

massalati

reklam



Ərzaqlar:

1 su st. maş lobya
1 ədəd yerkökü
2 ədəd ocaqda közlənmiş qırmızı bolqar bibəri
2 sap yaşıl soğan
cəfəri,şüyüd
zeytunyağı,
narşərab
duz
limon suyu

Hazırlanması:

Lobyaları axşamdan suya qoyun.Sabah üzərinə su əlavə edərək yumşalana qədər bişirin.
Bişmiş lobyaları süzün, soyusun.
Ayrı dərin bir qaba ocaqda közləyib qabığını soyduğunuz qırmızı bolqar bibərini xırda xırda doğrayın.
Şüyüdü, cəfərini doğrayıb bibərin içinə qatın.
Üzərinə yerkökünü sürtgeçdən keçirib tökün.
Soyumuş lobyaları əlavə edin.
Sonda duz, zeytunyağı,limon suyunu,narşərabını əlavə edib qarışdıraraq servis edə bilərsiniz.NUŞ OLSUN.
QEYD: Zeytunyağı çox faydalı və salatlara da çox gözəl yaraşır.Amma olmasa qarğıdalı yağı da istifadə edə bilərsiniz.Qırmızı bolqar bibərini ocaqda tutaraq közləyə bilərsiniz.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

3 Yorum

  1. emil dedi ki:

    dadsizdi men beyenmedim

  2. Sebine dedi ki:

    Ela, chox sagolun. chox faydali, saglamliga xeyirli olan salatdir. tebii, terevezlerden olan salatlari chox sevirem. bu imkana gore chox sagolun. yeni reseptler oldugca paylashin 🙂

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani