Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Mərci Supu Resepti, Mərci Supu Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Mərci Supu

Son yenilənmə tarixi 23/07/2023 by Leyla Xanım

mercimeksorbasi

reklam



Ərzaqlar:

1 su st. qırmızı mərcimək
1 ədəd soğan
1 ədəd yerkökü
1 x/q. un
yarım xörək qaşığı tomat
duz, qarabibər
1 litrə su
2 x/q. duru yağ
Üzəri üçün:
2 x/q. kərəyağı
1 ç/q. qırmızı bıbər tozu

Hazırlanması:

Soğanları xırda xırda doğrayıb üzərinə də duru yağı töküb qovurun.Sonra unu əlavə edib qovurun.Bir neçə dəqiqədən sonra tomatı, doğradığınız yerkökünü, yuyub süzdüyünüz mərciməkləri əlavə edib qovurun.Üzərinə suyunu əlavə edib qazanın qapağını örtərək kök və mərciməklər yumşalana qədər vam odda bişirin.
Zövqə görə şorba bişdikdən sonra əl blendəri ilə əzilir.Duz qarabibəbər tökülür.Ayrı bir qabda yağı əridib qırmızı bibər tozunu töküb ocağı söndürürsən. Şorbanız qatı olsa bir az su töküb qaynada bilərsiniz.
QEYD:Şorbanın rənginin qırmızı olmasını istəyirsinizsə tomatı artıra bilərsiniz.Toyuq suyu ilə də bişirə bilərsiniz.Daha dadlı olur.İstəsəniz blendərdə əzməyin. Nuş olsun!
Mərcimək Şorbası


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani