Son yenilənmə tarixi 10/01/2024 by Leyla Xanım
Ərzaqlar:
1,5 ədəd lavaş
kərəyağı(əridiləcək)
Kotleti üçün:
500 qr.qiymə
1 ədəd soğan
2 diş sarımsaq
1 ədəd yumurta
2 dilim bayat çörək(isladılacaq)
cəfəri
istiot
duz
1 x/q. duru yağ
Sousu üçün:
1x/q.tomat
2 x/q.kərəyağı
2 stəkan isti su
duz
Hazırlanması:
Kotlet üçün lazım olan bütün ərzaqları qarışdırıb yoğuraraq soyuducuda 30 dəqiqə dinləndirin. Soyuducudan çıxardıb lülə kabab kimi uzunsov düzəldib yağlı kağız sərilmiş listə düzüb 10-12 dəqiqə bişirin. Lavaşı ortadan ikiyə kəsib enli tərəfə kotletləri yanaşı düzüb rulet kimi bükürsən. Sonra şəkildəki kimi eninə kəsərək 175 dərəcədə üzəri qızarana qədər bişirin. Sousunu hazırlamaq üçün tavada yağı əridib üzərinə tomatı tökərək bir az qovurun.Sonra üzərinə isti suyu və duzu töküb çox qatı olmayacaq şəkildə hazırlayın.
Üzəri qızaran lavaş kabablarının üzərinə tökün. Lavaş kababınız hazırdır. NUŞ OLSUN.
biti
1-neferlik
et-100
quyruq-50
iki -stakan su
2x q yag
tamat
noxud
duz-isdiod zovqə gore