Son yenilənmə tarixi 26/10/2023 by Leyla Xanım
Ərzaqlar:
Xəmiri üçün:
200qr. marqarin
150 qr. şəkər tozu
3 yumurta
150 qr.xama
3 x/q süd
2 s. st.un
1 paket qabartma tozu
2 x/q.kakao
Topları üçün:
200 qr. kəsmik
1 yumurta sarısı
5-6 x/q. kokos
3 x/q. şəkər tozu
Kreması üçün:
2 s.st.süd
3 yumurta sarısı
12-13 x/q. şəkər tozu
3 x/q.un
3 x/q.nişasta
1 paket vanilya
4 x/q.xama(labne pendiri)
Hazırlanması:
Kəsmik, şəkər, yumurta sarısı və kokosu bir birinə qarışdır və qarışdırdıqdan sonra qoz böyüklüyündən bir az balaca xırda toplar düzəldin. Təxminən 30 dəqiqə soyuducuda donduralım.
Yumşaq marqarini şəkər ilə qarışdıralım. Üzərinə yumurta və toplardan qalan 1 yumurtanın ağını əlavə edəlim.yaxşıca qarışdıralım. Sonra xama, süd,un və qabartma tozunu əlavə edərək yaxşıca qarışdıralım. Yağlanmış bişirmə qabına xəmirin yarısını tökelim. Qalan xəmirin içinə 2 x/q.kakao əlavə edərək qarışdırdıqdan sonra altdakı ağ xəmirin üstünə bərabər şəkildə tökəlim. Dondurulmuş topları xəmirin içinə basdıraraq düzəlim.
180 dərəcədə 40-45 dəqiqə duxovkada bişirəlim.
Kremi hazırlamaq üçün şəkər, un, nişastayı qarışdıralım. Sonra yumurta sarısını əlavə edib qarışdırdıqdan sonra südü qarışıma qataraq ocağın üzərində qaynayana qədər qarışdıralım. Qaynamaya başladığında ocaqdan alıb soyudun.Soyuduqdan sonra içinə labnə pendiri(smetan,xama) qatıb mikserlə çırpın. Bişmiş keksin üzərinə soyumuş kremi sürün və üzərinə kakao səpin. NUŞ OLSUN!
QEYD: Topları xəmirin ortasından düzməyə başlayın ki xəmir ortaya yığılmasın. Xəmirin topların üstünə çıxması üçün bişirmə qabı geniş olmamalıdır. Kremdən qalan yumurta ağını xəmirə qatmayın.
Kəsmikli Tort (Səhər Şehi) – Rəna Xanım
Salam.toplarin pesokunu yazmamisiniz axi,ne qeder?
Reseptdə düzəliş edildi. Təşəkkür edirik.