Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Kremli Borucuqlar (Truboçka) Resepti, Kremli Borucuqlar (Truboçka) Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Kremli Borucuqlar (Truboçka)

Son yenilənmə tarixi 25/07/2023 by Leyla Xanım

kremliborucuqlar

reklam



Ərzaqlar:

Xəmiri üçün:
2 yumurta
1 su st.şəkər tozu
1 su st. qatıq
1 çay st.(100qr.) duru yağ
50 qr. marqarin və ya kərə yağı
1 qabartma tozu
1 paket vanilya
Aldığı qədər un

Kremi üçün:
1 litr süd
2 yumurta
1 su st.şəkər tozu
6 x/q. un
2 paket vanilya
50 qr.marqarin

Üzəri üçün:
qoz qırıntıları


Hazırlanması:

Kremi üçün olan bütün ərzaqları qazana töküb qarışdıra qarışdıra qatılaşanadək bişirin.Soyuması üçün bir kənara qoyun.
Otaq temperaturunda olan kərəyağını və qatığı töküb qarışdırın. Üzərinə xəmir üçün olan digər ərzaqları da əlavə edib yumşaq bir xəmir yoğurun. 15 dəqiqə bir kənarda dinləndirin.
Xəmiri 3 kündəyə bölərək 2cm qalınlığında 3cm enində uzunsov dilimlər şəklində kəsin.
Kəsdiyiniz bu uzunsov dilimləri şəkildə gördüyünüz kimi truboçka fiqurlarınız varsa yağlayaraq bir birinin üzərinə gələcək şəkildə sarın. Vacib olan ucunu açıq qoymayın ki, kremi doldurduğunda tökülməsin.
170 dərəcədə 15 -20 dəqiqə üzəri çox qızarmadan bişirin.
Duxovkadan çıxartdığınız truboçkalarınızı asan çıxması üçün isti-isti qabdan çıxardın.
İçərisinə hazırladığınız kremi doldurun.Truboçkalarınızı xırda qırılmış qoza batıraraq süfrəyə verə bilərsiniz. Amma bir gün sonra daha dadlı olur. NUŞ OLSUN.

QEYD: Xəmiri əvvəl yoğurub kremi sonra hazırlasanız daha yaxşı olar.Çünki kremi ilıq doldurursan. Soyuducuda bir gün durduğu zaman daha dadlı olur.Bu resepti yazanda bir anlığa bu ağlıma gəldi. resepti oxuyb asan bir resept olduğunu görürsünüz.amma mən indi bu qabları (fiqurları) hardan alım deyirsiniz. Siz bu fiquru evdə yağlı kağızdan (perqament) hazırlaya bilərsiniz.Bildiyiniz çöldə içində semiçka satılan kağız şəklində düzəldirsiniz.
Vanilyanı, marqarin və ya kərəyağını südlü şirniyyatlarda axırda tökdüyün zaman dadlı olur.
Borucuq fiquru olmayanlar üçün mən yağlı kağızdan hazırlayıb şəklini qoydum.  Amma mütləq yağlı kağızdan (perqament)( marketlerdə bişirmə kağıdı deyə satılır.) hazırlamalısınız.Diqqətlicə bükdüyünüz zaman şəkli dəyişmir, çox gözəl olur.

kremliborucuqlar2

kremliborucuqlar3

kremliborucuqlar4

kremliborucuqlar5kremliborucuqlar7


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

7 Yorum

  1. *nezrin dedi ki:

    Hazirlamisam cooox dadlidir.Sagolun.

  2. Rasima dedi ki:

    Cox dadli Sirniyyatdi

  3. kime ne? dedi ki:

    salam ellerinize sagliq cox sevdiyim sirniyatdi bunu etmey isteyirem xais edirem bu sualima cab veresizde orda xebiri bukduyunuz qablar var haa onu neyle evez etmey olar kagizla olar evez etmey???????? mende o qablar yoxdu hal hazirda alada bilmeyecem bu sirniyati etmey isteyirem 🙁

  4. ayka dedi ki:

    coooooook guzel oldu ellerime salikkkkk

  5. asya dedi ki:

    su stekani deyilende bakal nezerde tutulur?

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani