Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Kokoslu Duzlu Qurabiyə Resepti, Kokoslu Duzlu Qurabiyə Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Kokoslu Duzlu Qurabiyə

Son yenilənmə tarixi 17/12/2023 by Leyla Xanım

kokosluduzluqurabiye

reklam



Ərzaqlar:

250 qram marqarin
100 qram duru yağ
2 yumurta(birinin ağını ayır)
2 x/q.kakos
2 x/q. şəkər kirşanı
2 x/q. sirkə (uksus)
1 paket qabartma tozu
1 çay qaşığı duz
Aldığı qədər un

Üzəri üçün:
Bir yumurta ağı
Küncüt


Hazırlanması:

Otaq temperaturundakı marqarini, duru yağı, sirkəni və yumurtaları(birinin ağını ayırın) qarışdırın. Quru ərzaqları da kakos,qabartma tozu, duz, şəkər kirşanı və unu qarışdıraraq duru ərzağın içinə qataraq qurabiyənin xəmirini yoğurun. Xəmiri iki kündəyə bölün. Oxlovla yayaraq 2 cm qalınlığında yayın.(şəkildə göründüyü kimi)
Yaydığınız lavaşı şəkildəki kimi kəsin və ya öz zövqünüzə uyğun şəkillər də kəsə bilərsiniz. Kəsdiyiniz qurabiyələri əvvəlcə yumurtanın ağına sonra da küncütə batırın.Yağlı kağız sərilmiş listə düzüb üzəri qızarana qədər bişirin. NUŞ OLSUN.
QEYD: İstərsəniz xəmiri rulet kimi büküb dilimləyərək yumurtanın ağına sonra da küncütə batıra bilərsiniz.

kokosluduzluqurabiye3
kokosluduzluqurabiye2


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani