Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Kartoflu Qazan Kababı Resepti, Kartoflu Qazan Kababı Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Kartoflu Qazan Kababı

Son yenilənmə tarixi 08/01/2024 by Leyla Xanım

kartofluqazankababi

reklam



Ərzaqlar:

750 qram kvadrat doğranmış sümüksüz qoyun ət
1 ədəd quru soğan
3-4 ədəd kartof
3-4 diş sarımsaq
1 x/q. tomat
1 çay stəkanı duru yağ
istiot
duz


Hazırlanması:

Qazana əti töküb öz suyunu salıb sonra çəkənə qədər arabir qarışdıraraq vam odda bişirin.
Sadəcə öz suyunda bişəcək, ət yağsızsa bir qaşıq yağ əlavə edə bilərsiniz.Gec bişərsə cox az su tökün.
Bişən ətin üzərinə duru yağı, xırda doğradığınız soğan və sarımsaqları əlavə edib qovurun.
Duz və istiotu tökün.
Soğan və sarımsaqlar qovrulduqdan sonra tomatı əlavə edin,qovurun. Sonra yeməyin üstünə çox az su əlavə edin.
Eyni zamanda ətlər bişənə qədər sizdə kənarda kvadrat şəklində doğranmış kartofları yağda qızardın.
Qızarmış kartofları yeməyin üzərinə əlavə edib 10 dəqiqə bişirin.
Şəkildə gördüyünüz kimi az sulu olacaq.
Bu ləzzətli yemək üçün əvvəlcədən NUŞ OLSUN.
QEYD: Bu yemək vam odda bişməlidir.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani