Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Kartoflu Qaraciyər Qızartması Resepti, Kartoflu Qaraciyər Qızartması Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Kartoflu Qaraciyər Qızartması

Son yenilənmə tarixi 17/09/2023 by Leyla Xanım

kartofluqaraciyerqizartmasi

reklam



Ərzaqlar:

500 qr.qaraciyər
kərəyağı (duru yağ)
2 x/ q. un
2 ədəd soğan
4 ədəd kartof
yarım dəstə cəfəri
duz,istiot,qırmızı toz bibər


Hazırlanması:

Kartofu kbadrat şəklində doğrayıb qızardın.
Qaraciyəri də kvadrat şəklində doğrayıb yuyun. Süzgəcdə süzün.
Süzülmüş qaraciyərlərin üzərinə soda(qabartma tozu və ya karbonat) qatılmış unu səpələyin və qarışdırın.(əzmədən)
Artıq unu silkələyərək isti yağda qızardın.
Cəfərini xırda xırda doğrayın. Soğanı yuvarlaq doğrayın. Zövqə görə doğradığınız soğan və cəfərini sumaqla qarışdırın. NUŞ OLSUN.

QEYD: Qarasiyərin yumşaq və dadlı olmasını istəyirsinizsə duzu bişdikdən sonra qaraciyər isti-isti tökməlisiniz.
qaraciyər qızardıldığı zaman yağ isti olmalıdır. Həm də yeri seyrek olub ağzı örtülü şəkildə qızardın. Tavanın qapağını açmadan sadəcə əlinizdə tavanı sallayaraq qarışdırın.(yoxsa ağzı örtülü tavanın qapağını açdıqda yağ sıçraması olur.(Diqqətli olun.)


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

2 Yorum

  1. gullu dedi ki:

    henuz denemedik

  2. gullu dedi ki:

    salam
    necesiniz sagolun mende yaxsiyam
    resepti denedikden sonra sizi yorumumu bildiricem

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani