Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Kartoflu Pendirli Gül Börəyi Resepti, Kartoflu Pendirli Gül Börəyi Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Kartoflu Pendirli Gül Börəyi

Son yenilənmə tarixi 08/10/2023 by Leyla Xanım

kartoflupendirligulboreyi

reklam



Ərzaqlar:

5 s. st. un
1 ədəd yumurta
1x/q.qatıq
1 ç./q. duz
2 s. st. su
2 x/q.sirkə
1 ç.st.duru yağ(xəmirin üzərinə çəkmək üçün)
100 qr.kərəyağı

İç üçün:
4  -5 ədəd soyutma kartof
250qr. pendir
cəfəri
qarabibər
duz


Hazırlanması:

Un,  yumurta ,qatıq,duz və suyu  bir qabda qarışdırıb xəmir yoğurun.Bu  xəmiri 1 saat  üstünü örterek acımağa qoyun.
1 saat sonra xəmirdən apelsin böyüklüyündə  kündələr hazırlayın.Bu kündələri bir boşqab böyüklüyündə yayıb arasını yağlayın və bütün kündələri bu şəkildə  yayıb  arasını yağlayaraq üst üstə düzün.Daha sonra xəmirləri bir bir alıb bir süfrənin üzərində sağdan soldan çəkiştirərək incə bir yuxa şəklini alana  qədər çəkiştirin .(Yağlı olduğu üçün yırtılmadan incəlir)İncələn xəmirin içinə  hazırladığınız içdən qoyub listin ortasına qoyub rulet kimi bükərək  gül şəklində dolayın.Sonda üzərinə yumurta sarısı sürüb 200 dərəcədə üzəri qızarana qədər bişirin.NUŞ OLSUN.

QEYD: Kartofları əzib içinə də pendirləri qarışdırıb bir az göyərti, duz, qarabibər səpilir.
Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

2 Yorum

  1. aytac dedi ki:

    dadli gorsenir

  2. Aytac dedi ki:

    Bele de ki,eladır superdir

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani