Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Kartoflu Bulka Resepti, Kartoflu Bulka Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Kartoflu Bulka

Son yenilənmə tarixi 17/01/2024 by Leyla Xanım

kartoflubulka

Türklərin poğaça diyə adlandırdığı bulka resepti.

reklam



Ərzaqlar:

Xəmiri üçün:
1 s. st. ilıq süd
1 s. st. ilıq su
1 s. st. duru yağ
1 x/q. şəkər
40 qr. droj(maya)
duz
Aldığı qədər un

İç xərci üçün:
5- 6 ədəd soyutma bişmiş kartof
1 ədəd quru soğan
2 x/q.yağ
tomat,duz, istiot cəfəri

Üzəri üçün:
1 yumurta sarısı( ağını xəmirə əlavə edin)


Hazırlanması:

Xəmir üçün bütün ərzaqlar qarışdırılaraq yumşaq gözəl bir xəmir yoğrulur.Xırda kündələr hazırlanıb üzəri dəsmalla örtülür.İçini hazırlamaq üçün soğanı xırda xırda doğrayın.Yağda bir az qovurun.Üzərinə tomatı və digər ədviyyatları əlavə edin. Soyutma bişirdiyiniz kartofları ya bir kartofəzənlə ya da bir çəngəllə əzib qazana əlavə edib yaxşıca qarışdırın.Hazırladığınız xırda kündələri ya bir oxlovla ya da əlinizdə açaraq kartoflu içdən qoyub istədiyiniz şəkili verin. Bu poğaçaların üzərinə yumurta sarısı sürüb 200 dərəcədə üzəri qızarana qədər bişirin.NUŞ OLSUN.
QEYD: Üzərinə istəyə görə güncüt,çörəkotu istifadə edə bilərsiniz.Üzərinə istərsiniz mənim kimi bıçaqla incə yarıqlar da ata bilərsiniz. Türk mətbəxindəndi. Duzlu pasta deyirlər.Çayla gözəl olur.

Rəna Xanım – Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani