Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Kartof Püresi və Souslu Toyuq Resepti, Kartof Püresi və Souslu Toyuq Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Kartof Püresi və Souslu Toyuq

Son yenilənmə tarixi 28/07/2023 by Leyla Xanım

kartofpuresivesouslutoyuq

reklam



Ərzaqlar:

4 -5   ədəd  toyuq parçaları
3   x/q.  qatıq
2- 3 diş sarımsaq
2 x/q. duru yağ
2 x/q. tomat
duz, qarabibər
zövqə görə  istədiyiniz   ədviyyatı  qoya bilərsiniz.

Bütün bu ərzaqların hamısını qarışdırın.   Toyuq parçalarını bu qarışımın içinə  qoyub 2 saat soyuducuda saxlayın. Sonra tavaya duru yağı töküb toyuqların hər iki  tərəfini qızardın  və üstünə  isti su tökərək  tavanın ağzını örtün.

Toyuğun cinsinə görə təxminən 20 dəqiqəyə bişəcək.

Kartof  püresi  üçün:
4 -5  ədəd kartof
1  ç.st. süd
su, duz,  qarabibər


Hazırlanması:

Kartofları  soyub  xırda xırda doğrayın.Üstünə  çıxar çıxmaz su tökərək  ocağın üstünə  qoyun bişsin.  Qaynamağa başladığında ocağın altını azaldın. Təxminən  15 dəqiqədən sonra çəngəllə və ya kartof əzən alətlə əzin.  Üzərinə südü əlavə edin və qarışdırın. Duz, qarabibər  sərpin.  Hazırladığınız toyuqları  sousu ilə birlikdə kartof püresinin üzərinə qoyub servis edə bilərsiniz.

Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani