Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Kartof Püreli Sote Resepti, Kartof Püreli Sote Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Kartof Püreli Sote

Son yenilənmə tarixi 15/01/2024 by Leyla Xanım

kartofpürelisote

reklam



Ərzaqlar:

250 qram tikə dana və ya quzu əti
1 incə doğranmış baş soğan
1 kiçik dilimlənmiş pomidor
1 xörək qaşığı kərə yağı
4-5 diş sarımsaq
1 çay qaşığı soya sousu
1-2 dəfnə yarpağı
1 çay qaşığı qurudulmuş kəklikotu
Duz
Qara bibər
Pul bibər

Kartof püresi üçün

5-6 bişmiş və əzilmiş kartof
1 xörək qaşığı kərə yağı
2 stəkan soyuq süd
Bir çimdik doğranmış muskat qozu
Duz
Qara bibər


Hazırlanması:

Əvvəlcə kartofları qaynadıb bişirin, sonra əzin. Ayrı qabda kərə yağını əridəndən sonra ora əzilmiş kartofları, südü və ədviyyatı əlaıə edin. Kartof südü “canına” çəkənə qədər qarışdırıb bişirin.

Geniş və iri teflon tavada ət tikələri əvvəlcə güclü, sonra vam odda bişəndən sonra soğan əlavə edin və qovurun. Daha sonra pomidor, bibər, soya sousu və s. əlavə edəndən sonra əvvəlcədən hazırladığınız kartof püresinin üstünə qoyaraq, süfrəyə verin. Nuş olsun!

Milli.az


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani