Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Kakaolu Kokoslu Tort Resepti, Kakaolu Kokoslu Tort Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Kakaolu Kokoslu Tort

Son yenilənmə tarixi 18/01/2024 by Leyla Xanım

kakaolukokoslutort

reklam



Ərzaqlar:

BİSKVİT ÜÇÜN:
3 yumurta
1s.st.toz şəkər
1ç.st.qarğıdalı vəya günəbaxan yağı
1ç.st.süt
2s.st un
1pak. vanilya
1 pak.qabartma tozu

KREMİ ÜÇÜN
Yarım litr süt
4x/q un
1ç.st.toz şeker
1yumurta
1x/q kərəyağı
1 pak. vanilya

SOSU ÜÇÜN
1.5s.st süt
3x/q toz şəkər
3x/q kakao

Üzərinə :
Kokos
Ləpə (zövqə görə)


Hazırlanması:

Biskvit xəmirini hazırlamaq üçün yumurta və şəkəri ağaranadək çalın. Sonra süt ve yağı qarışdırın axırda qabartma tozu qatılmış unu da bu qarışığa əlavə et və qarışdır. Marqarinlə yağlanmış və unlanmış istədiyiniz bir qaba boşaldaraq isinmiş duxovkada üstü qızarıb içi bişənə qədər bişir.
Bişdikdən sonra soyudun. Soyuyan biskviti istədiyiniz şəkildə kəsə bilərsiniz.
Bir tərəfdə sosunu hazırlayın. Kakao şəkər ve sütü çırparaq qarışdırın. Kəsilmiş biskvitin hər tərəfini sosa batırıb çıxardın. Alt tərəfini boşqaba yapışmaması üçün kokosa batırıb boşqaba düzün . Soyuması üçün soyuducuya qoyun 2 saatlığına. Biz isə kremi hazırlayaq. Süt, un, toz şəkər və yumurta qaşıqla qarışdırılır. Qatılaşana qədər ocaqda bişirilir. Ocaqdan almaya yaxın kərəyağı və vanilya qarışdırılır. Qarışdırılaraq soyudulur. Soyuducudan çıxararaq ortadan ikiye kəsilən keksin arasına krem qoyulur və hər tərəfini kokosa batıraraq servis boşqabına düzülür.  Zövqə görə üstünə ləpə səpəbilərsiniz. NUŞ OLSUN!
QEYD: ƏRZAQ VE HAZIRLAMA QAYDASI UZUN GÖRÜNSƏ DƏ ÇOX ASAN VƏ LƏZZƏTLİDİR MÜTLƏQ HAZIRLAMANIZI TÖVSİYƏ EDİRƏM 🙂

Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

10 Yorum

  1. aynure dedi ki:

    salam. zehmet olmasa deyerdiniz biskivit bişirdiyimiz qabın ölçüsü ne qeder olmalı??
    biskiviti kesdikden sonra onu yenide 2 ye bölürük??? anlamadım

    • Reseptler.com dedi ki:

      Qabın ölçüsü istədiyiniz ölçüdə olabilər. Təxminən 20-24cm-lik qablarda. Biskviti soyuducudan çıxardıqdan sonra ikiyə bölürsünüz.

  2. Kamale aliyeva dedi ki:

    gozel resepdi coz sagolun golzel dadivarrrrr

  3. nargul dedi ki:

    cok gozel ve asandir

  4. əminə dedi ki:

    xais edir’em yeni ile qeder desertler gonderin

  5. Günel dedi ki:

    Nə gözəl yeməkdi bunu bişirənə halaldı

  6. Günel dedi ki:

    nə gozəl tortdu

  7. nargul dedi ki:

    men onu bsa dusmedim tortu niye iki yere boluruk

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani