Son yenilənmə tarixi 18/01/2024 by Leyla Xanım
Ərzaqlar:
BİSKVİT ÜÇÜN:
3 yumurta
1s.st.toz şəkər
1ç.st.qarğıdalı vəya günəbaxan yağı
1ç.st.süt
2s.st un
1pak. vanilya
1 pak.qabartma tozu
KREMİ ÜÇÜN
Yarım litr süt
4x/q un
1ç.st.toz şeker
1yumurta
1x/q kərəyağı
1 pak. vanilya
SOSU ÜÇÜN
1.5s.st süt
3x/q toz şəkər
3x/q kakao
Üzərinə :
Kokos
Ləpə (zövqə görə)
Hazırlanması:
Biskvit xəmirini hazırlamaq üçün yumurta və şəkəri ağaranadək çalın. Sonra süt ve yağı qarışdırın axırda qabartma tozu qatılmış unu da bu qarışığa əlavə et və qarışdır. Marqarinlə yağlanmış və unlanmış istədiyiniz bir qaba boşaldaraq isinmiş duxovkada üstü qızarıb içi bişənə qədər bişir.
Bişdikdən sonra soyudun. Soyuyan biskviti istədiyiniz şəkildə kəsə bilərsiniz.
Bir tərəfdə sosunu hazırlayın. Kakao şəkər ve sütü çırparaq qarışdırın. Kəsilmiş biskvitin hər tərəfini sosa batırıb çıxardın. Alt tərəfini boşqaba yapışmaması üçün kokosa batırıb boşqaba düzün . Soyuması üçün soyuducuya qoyun 2 saatlığına. Biz isə kremi hazırlayaq. Süt, un, toz şəkər və yumurta qaşıqla qarışdırılır. Qatılaşana qədər ocaqda bişirilir. Ocaqdan almaya yaxın kərəyağı və vanilya qarışdırılır. Qarışdırılaraq soyudulur. Soyuducudan çıxararaq ortadan ikiye kəsilən keksin arasına krem qoyulur və hər tərəfini kokosa batıraraq servis boşqabına düzülür. Zövqə görə üstünə ləpə səpəbilərsiniz. NUŞ OLSUN!
QEYD: ƏRZAQ VE HAZIRLAMA QAYDASI UZUN GÖRÜNSƏ DƏ ÇOX ASAN VƏ LƏZZƏTLİDİR MÜTLƏQ HAZIRLAMANIZI TÖVSİYƏ EDİRƏM 🙂
salam. zehmet olmasa deyerdiniz biskivit bişirdiyimiz qabın ölçüsü ne qeder olmalı??
biskiviti kesdikden sonra onu yenide 2 ye bölürük??? anlamadım
Qabın ölçüsü istədiyiniz ölçüdə olabilər. Təxminən 20-24cm-lik qablarda. Biskviti soyuducudan çıxardıqdan sonra ikiyə bölürsünüz.
gozel resepdi coz sagolun golzel dadivarrrrr
cok gozel ve asandir
iyi
xais edir’em yeni ile qeder desertler gonderin
Nə gözəl yeməkdi bunu bişirənə halaldı
nə gozəl tortdu
men onu bsa dusmedim tortu niye iki yere boluruk
Nargul xanım,
Arasına krem çekileceyi üçün ortadan kesilir.