Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Kələm Sıxması Resepti Resepti, Kələm Sıxması Resepti Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Kələm Sıxması Resepti

Son yenilənmə tarixi 07/01/2024 by Leyla Xanım

kelemsixmasi

reklam



Ərzaqlar:

1 orta ölçüdə kələm
1 kiçik kasa plovluq bulqur
4-5 pomidor
2 xörək qaşığı tomat
1 dəstə incə doğranmış ispanaq
1 baş xırda doğranmış soğan
1/2 stəkan əridilmiş kərə və ya zeytun yağı
Qara bibər
Duz
1 kasa sarımsaqlı qatıq


Hazırlanması:

Kələm yarpaqlarını qazandakı qaynar suda qaynadın, sonra bir kənara soyumağa qoyun. Doğranmış soğanı tavadakı kərə və ya zeytun yağında yaxşıca qovurun, sonra ora bulqur və suyu əlavə edərək bişirin. Qaynadılıb buğlanmış pomidorları bulqurun üzərinə töküb duz, qara bibər, doğranmış ispanaq əlavə edin, yaxşıca qarışdırın.

Soyumuş kələm yarpaqlarının içinə bu qarışığı qoyub, bükün, ovcunuzda sıxandan sonra sobanın yağlanmış tavasına düzülür. Sobanı 180 dərəcə qızdırıb tavanı oraya qoyun. Sıxma hazır olandan sonar çıxarın, üzərinə kərə yağı tökün. Masaya verərkaən sarımsaqlı qatığı unutmayın.

 


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani