Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные İspanaq Çığırtması Resepti, İspanaq Çığırtması Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



İspanaq Çığırtması

Son yenilənmə tarixi 12/12/2023 by Leyla Xanım

ıspanaqcigirtmasi

reklam



Ərzaqlar:

1 kq. ispanaq
1 ədəd soğan
4 yumurta
4 x/q. duru yağ

Zövqə görə;
duz,istiot
sarımsaqlı qatıq


Hazırlanması:

İspanağı yuyun,süzün. Süzülmüş ispanaqları əlinizlə doğrayın.(Bıçaqla doğradığın zaman vitamini parçalanır)
Tavaya yağı və soğanı tökün.Soğanı bir az qovurun və üzərinə doğradığınız ispanaqları yavaş yavaş qarışdıraraq əlavə edin.Ocağı azaltaraq van xodda ağzı örtülü şəkildə bişirin.Təxminən 5-6 dəqiqədən sonra qarışdıra qarışdıra yağda qovurun.Zövqə görə duz,istiot vurun.Ayrı bir qabda yumurtaları qırıb qarışdırın.İspanağın üzərinə tökün və hər tərəfinə yayın.Tavanın qapağını örtərək təxminən 5-6 dəqiqə yumurtanın bişməsindən sonra xörəyimiz hazırdır.Zövqə görə bir kasa qatığın içinə 2 diş sarımsaq əzərək süfrəyə verə bilərsiniz.
QEYD: Qatıqsız da dadlıdır.Zövqə görə suda bişmiş 2 x/q. düyünü də soğanı qovurduqdan sonra əlavə edə bilərsiniz.

İspanaq Çığırtması


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani