Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Göyərti Küküsü Resepti, Göyərti Küküsü Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Göyərti Küküsü

Son yenilənmə tarixi 23/11/2023 by Leyla Xanım

Kuku-Gutab_Azerbaijani

reklam



Ərzaqlar:

6 ədəd yumurta,

60 qr göy soğan,

50 qr keşniş,

50 qr şüyüd,

60 qr – da yağ.

Sous kimi bir stəkan xama yaxud qatıq hazırlanır.

2 diş sarımsaq,

2 qr duz.


Hazırlanması:

Göyərtilər əvvəlcə suda yaxşıca yuyulur, sonra doğranılaraq qaba tökülür. İçərisinə təmizlənmiş göy soğan da əlavə edilir. Zövqdən asılı olaraq nanə də səpə bilərsiniz. Yağı tavaya tökdükdən sonra isinməsini gözləyin, göyərtini içərisinə tökün. Göyərtinin tam qovrulduğunu gördükdən sonra içərisinə çiy, qarışdırılmış yumurta əlavə edilir. Yeməyin bişdiyini gördükdən sonra onu dörd hissəyə ayırın və çevirib digər tərəfinin qızarmasını gözləyin. Bişdikdən sonra süfrəyə qatıq, xama və sarımsaq əlavə edilmiş qatıqla verilə bilinər.

Vikipediya


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani