Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Fındıqlı Türk Paxlavası Resepti, Fındıqlı Türk Paxlavası Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Fındıqlı Türk Paxlavası

Son yenilənmə tarixi 21/12/2023 by Leyla Xanım

findiqliturkpaxlavasi

reklam



Ərzaqlar:

Xəmiri üçün:
4 su st. un
2 yumurta
1 su st. süd
1 ç.st. duru yağ
1 x/q. sirkə
1 x/q.limon suyu
duz

Siropu üçün:
1 kq. şəkər tozu(5 su st.)
500 qr. su
300qr. süd
3-4 damcı limon suyu

Xəmiri yaymaq üçün:
nişasta

İçi üçün:
çəkilmiş fındıq

Üzəri üçün:
250 qr.kərəyağı və ya marqarin


Hazırlanması:

Unu bir qaba ələyib ortasını açın.İçinə yumurtanı qırın, duru yağı, sirkəni,südü və 1 çay qaşığı duzu qoyun.Unu yavaş yavaş bu maya qarışıma qarışdıraraq yoğurun.Xəmir pağaça, peçenye xəmirlərindən bir az bərk olacaq.Yoğurduğunuz xəmirin üzərinə yaş bir dəsmal salıb 20 dəqiqə soyuducuda saxlayın.

Soyuducudan çıxartdığınız xəmiri 3 kündəyə bölün.Bu 3 kündənin hər birini 14 xırda kündələrə bölün.14 kündəni boşqab böyüklüyündə yayın.Hər xəmirin arasına bolca nişasta tökün.Sondakı kündəyə nişasta vurmayın.Beləliklə 3 ədəd boşqab böyüklüyündə 14 qatlı xəmiriniz olacaq.Sondakına nişasta vurmayın demişdim və əlinizlə basdıraraq 14 qatlı xəmiri (hamısını birlikdə üst-üstə yayırsan) duxovka sininiz boyda oxlovla yayaraq açın.Yaydığınız xəmiri yağladığınız siniyə qoyun.(14qat birlikdə)Üzərinə çəkilmiş fındıq tökün.İkinci 14 qatlı xəmiri də eyni bu şəkildə hazırlayıb siniyə digər fındıqlı qatın üzərinə qoyun.Onun da üzərinə fındıq tökərək ikinci 14 qatı hazırlamış olursunuz.Bu şəkildə üçüncü 14 qatı da yayaraq paxlavanızı hazırlayın.Hazır olmuş paxlavanı istədiyiniz şəkildə dilimləyərək kərəyağını əridib üzərinə tökün.170 dərəcədə üzəri qızarana qədər bişirin.Qızarmış paxlavanı doxovkadan çıxardıb soyumağa qoyun.
Siz də siropunu hazırlayın. Şəkər tozunu və suyu qazana töküb qaynat.Qaynamaya başladıqdan 5 dəqiqə sonra südü əlavə edib ocağı söndürün. Soyuyan paxlavaya isti siropu tökün. NUŞ OLSUN.

QEYD: Paxlava da ən önəmli nöqtə biri isti olsa digəri soyuq olmalıdır.Bu bütün siropla hazırlanan şirniyyatlarda qanundur:)
Fındıq təxminən 300- 400 qram lazımdır yuxarıda ölçü vermədim.Zövqə görə kimi çox fındıqlı sevər,kimi az. Eyni zamanda bu resepti qozla, badamla, yerfındığı və s.ilə hazırlaya bilərsiniz.Sirop hazırlarkən şəkər tozunu da azalda bilərsiniz.Bu normal olçüdür,ama mən şirini çox sevmədiyim üçün 2-3 stəkan tökürəm.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani